Mediaxeberleri.az
    
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
  • 
  • Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
    Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
  • 
  • Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
    Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
  • 
  • Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
    Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
  • 
  • TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
    TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
  • 
  • PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
    PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
  • 
  • Qorxmaz Hüseynovun dövründəki milyonluq mənimsəmələr üzə çıxdı
    Qorxmaz Hüseynovun dövründəki milyonluq mənimsəmələr üzə çıxdı
  • 
  • Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub
    Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub
  • 
  • "Xan qızı Xurşidbanu Natəvan" adlı sənədli filmin nümayişi keçirilib - FOTOLAR
    "Xan qızı Xurşidbanu Natəvan" adlı sənədli filmin nümayişi keçirilib - FOTOLAR
  • 
  • Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
    Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
  • 
  • "Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video
    "Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video

Son xəbərlər :
  • DOPPLER EFFEKTİ VƏ SİYASƏTİN DƏYİŞƏN SƏSLƏRİ...
  • Azərbaycan xaricə 766 min dollarlıq vaksin satıb
  • Azərbaycanda dini təhsil alan qızların sayı açıqlandı
  • Azərbaycan və Tacikistanın Banklar Assosiasiyaları arasında memorandum imzalanıb
  • BDU-da BÖYÜK KADR DƏYİŞİKLİYİ: 9 DEKAN GEDİR - Siyahı açıqlandı
  • DSX-nin hərbi qulluqçusu vəfat etdi - Səbəb
  • Kürdə batan altı uşaq atasının axtarışları davam edir - FOTO
  • Tovuzdakı ağır qəzada xəsarət alanların sayı beş nəfərə çatdı - Adlar
  • Çempionlar Liqasında beşinci tura start verilir: "Qalatasaray"ın sınağı və gecənin matçları
  • Məleykə Abbaszadə rektor təyin olunduğu BDU-ya dekan axtarır
  • ARARAT DAĞINDA “İTƏN” NUHUN GƏMİSİ VƏ... - Paşinyanın gizli planı
  • “SİYASİ TƏLƏ”, YOXSA REAL SÜLH? - Erməni toplumu tarixi seçim qarşısında
  • Göyçay bələdiyyəsində nə işlər çevrilir... - vətəndaş narahatdır...
  • ABŞ hərəkətə keçdi: 2,5 min dəniz piyadası və F-35B qırıcıları Yaxın Şərqə göndərilir
  • ADB Xəzər suyunun duzsuzlaşdırılması zavodunun tikintisinə 140 milyon dollar ayırdı
  • Həkimdən xəbərdarlıq: Soyuq havada isti qəhvə içməyin!
  • Sabah bu rayonda qaz olmayacaq
  • "Barselona" komandası Bakıda - Video
  • Qız üstündə dava: Tələbə universitetindən qovuldu?
  • Apteklərdə oftalmoloji müayinə aparanlara - Xəbərdarlıq
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

DOPPLER EFFEKTİ VƏ SİYASƏTİN DƏYİŞƏN SƏSLƏRİ...

  • Tarix: Bu gün, 11:45

Azər Rəşidoğlu


Fizikada Doppler effekti deyilən maraqlı bir hadisə var. Səs mənbəyi müşahidəçiyə yaxınlaşdıqca səsin tezliyi artır, uzaqlaşdıqca azalır. Məsələn, təcili yardım maşını bizə yaxınlaşanda səs kəskinləşir, yanımızdan eçib uzaqlaşanda isə alçalır. Halbuki sirena dəyişməyib. Dəyişən məsafədir, hərəkətin istiqamətidir, müşahidəçinin mövqeyidir.

Bəlkə də siyasətin ən böyük paradokslarından biri budur ki, hadisələr dəyişməmişdən əvvəl onların səsləri dəyişir. Dünən dostluq kimi eşitdiyimiz bəyanat bu gün xəbərdarlığa çevrilir, dünən təhdid hesab etdiyimiz ritorika sabah əməkdaşlıq təklifinə bənzəyir. Sözlər eyni qalır, mənalar dəyişir. Çünki siyasətdə həqiqət çox vaxt deyilənlərdə deyil, deyilməyənlərin arxasında gizlənir.

Doppler effekti bizə bir həqiqəti xatırladır - eşitdiyimiz səs hadisənin özünü deyil, hadisə ilə aramızdakı məsafəni də ifadə edir. Siyasətdə isə bu məsafə kilometrlərlə ölçülmür. O, maraqlarla, qorxularla, ambisiyalarla, tarixi yaddaşla ölçülür.

Bu gün dünya siyasəti qəribə bir akustik məkana çevrilib. Vaşinqtondan gələn səslər dünənki müttəfiqləri narahat edir, Moskvanın ritorikası keçmiş imperiyanın əks-sədasını xatırladır, Pekin isə səsini yüksəltmədən təsir dairəsini genişləndirməyə çalışır. Avropa təhlükəsizlik axtarışındadır, Yaxın Şərqdə düşmənçiliklə tərəfdaşlıq arasındakı sərhədlər hər gün yenidən cızılır.

Dünya dəyişir, amma siyasi şüur həmişə bu dəyişikliklərin sürətinə çatmır. Bəzi liderlər hələ də Soyuq müharibənin xəritəsi ilə XXI əsrin problemlərini həll etməyə çalışırlar. Bəziləri isə dünənin qələbələrini sabahın təminatı hesab edirlər. Tarixsə heç kəsin nostaljisinə hörmət etmir.

SSRİ-nin süqutundan sonra birqütblü dünya haqqında danışılırdı. Hətta tarixin sonuna gəldiyimizi iddia edənlər də vardı. Sonra İraq, Əfqanıstan, “Ərəb baharı”, Ukrayna müharibəsi, Yaxın Şərq böhranları gəldi. Tarix sona çatmadı, sadəcə səhnə dəyişdi. Köhnə aktyorların bəziləri səhnədə qaldı, bəziləri getdi, yeniləri meydana çıxdı.

İndi Trampın siyasi ritorikasında, Putinin geosiyasi iddialarında, Si Cinpinin səbirli strategiyasında eyni bir qanunauyğunluq görünür, hər kəs dünyanı öz hərəkət trayektoriyasına uyğun dəyişdirmək istəyir. Lakin heç kim başqalarının hərəkətini tam idarə edə bilmir. Bəlkə də müasir siyasətin əsas böhranı elə budur: hamı danışır, amma heç kim dünyanın hansı istiqamətə getdiyinə əmin deyil.

Kiçik dövlətlər üçün bu akustik xaos daha təhlükəlidir. Çünki böyük güclərin səsi yüksələndə onların öz səsləri eşidilməz ola bilər. Müvəqqəti yaxınlaşmanı əbədi müttəfiqlik, diplomatik təbəssümü strateji təminat, siyasi bəyanatı dəyişməz öhdəlik kimi qəbul etmək ağır səhvlərə gətirib çıxara bilər.

Azərbaycan kimi mürəkkəb geosiyasi məkanda yerləşən dövlətlər üçün bu, nəzəri məsələ deyil. Şimaldan, cənubdan, qərbdən və şərqdən gələn səslərin hər birinin öz tezliyi, öz məqsədi var. Bəzən eyni hadisə müxtəlif paytaxtlarda tamamilə fərqli eşidilir. Birinin təhlükəsizlik adlandırdığı proses digəri üçün təhdid, birinin əməkdaşlıq təklifi hesab etdiyi təşəbbüs başqası üçün təsir dairəsini genişləndirmək cəhdi ola bilər.

Əsl strategiya elə burada başlayır- eşitdiyin səsə aldanmamaq, onun mənbəyini, istiqamətini və arxasındakı marağı müəyyənləşdirmək. Çünki siyasətdə ən böyük səhv başqasının məqsədini öz arzularınla qarışdırmaqdır.

Doppler effektində uzaqlaşan səs yox olmur. Sadəcə tezliyi dəyişir. Siyasətdə də zəifləyən güc mərkəzi mütləq tarixdən silinmir, yüksələn güc isə əbədi hökmranlığa zəmanət qazanmır. Bu gün alqış kimi eşidilən səs sabah matəm marşına çevrilə bilər. Tarix belə çevrilmələrin qəbiristanlığıdır.

Bəlkə də siyasətin ən böyük faciəsi ondadır ki, böyük dövlətlərin liderləri çox vaxt öz səslərinin əks-sədasını xalqın səsi hesab edirlər. Hakimiyyət özünü eşitdikcə gücləndiyini düşünür, halbuki bəzən eşitdiyi yalnız uzaqlaşan dünyanın son əks-sədasıdır.

Səsin gurultusuna yox, istiqamətinə baxmaq lazımdır. Çünki tarixdə bəzən ən böyük dəyişikliklər gurultulu bəyanatlarla deyil, heç kimin fərq etmədiyi səssiz yerdəyişmələrlə başlayır.

Dünya bizə nə dediyinə görə deyil, hara getdiyinə görə dəyişir. Siyasətin əsl Doppler effekti də budur - gələcəyin səsini eşitmək üçün keçmişin əks-sədasından xilas olmaq lazımdır…


Oxunub: 19
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 11:45 | DOPPLER EFFEKTİ VƏ SİYASƏTİN DƏYİŞƏN SƏSLƏRİ...
    Bu gün, 11:41 | Azərbaycan xaricə 766 min dollarlıq vaksin satıb
    Bu gün, 11:39 | Azərbaycanda dini təhsil alan qızların sayı açıqlandı
    Bu gün, 11:30 | Azərbaycan və Tacikistanın Banklar Assosiasiyaları arasında memorandum imzalanıb
    Bu gün, 11:22 | BDU-da BÖYÜK KADR DƏYİŞİKLİYİ: 9 DEKAN GEDİR - Siyahı açıqlandı
    Bu gün, 11:00 | DSX-nin hərbi qulluqçusu vəfat etdi - Səbəb
    Bu gün, 10:49 | Kürdə batan altı uşaq atasının axtarışları davam edir - FOTO
    Bu gün, 10:44 | Tovuzdakı ağır qəzada xəsarət alanların sayı beş nəfərə çatdı - Adlar
    Bu gün, 10:35 | Çempionlar Liqasında beşinci tura start verilir: "Qalatasaray"ın sınağı və gecənin matçları
    Bu gün, 10:29 | Məleykə Abbaszadə rektor təyin olunduğu BDU-ya dekan axtarır
    Bu gün, 10:24 | ARARAT DAĞINDA “İTƏN” NUHUN GƏMİSİ VƏ... - Paşinyanın gizli planı
    Bu gün, 10:22 | “SİYASİ TƏLƏ”, YOXSA REAL SÜLH? - Erməni toplumu tarixi seçim qarşısında
    Bu gün, 09:14 | Göyçay bələdiyyəsində nə işlər çevrilir... - vətəndaş narahatdır...
    Bu gün, 08:49 | ABŞ hərəkətə keçdi: 2,5 min dəniz piyadası və F-35B qırıcıları Yaxın Şərqə göndərilir
    Bu gün, 08:45 | ADB Xəzər suyunun duzsuzlaşdırılması zavodunun tikintisinə 140 milyon dollar ayırdı
    Bu gün, 07:56 | Həkimdən xəbərdarlıq: Soyuq havada isti qəhvə içməyin!
    Dünən, 22:21 | Sabah bu rayonda qaz olmayacaq
    Dünən, 21:43 | "Barselona" komandası Bakıda - Video
    Dünən, 21:41 | Qız üstündə dava: Tələbə universitetindən qovuldu?
    Dünən, 21:40 | Apteklərdə oftalmoloji müayinə aparanlara - Xəbərdarlıq
    Dünən, 16:52 | Kürdə batan çobanın son anları: Nəvəsi kömək istədiyini görüb - VİDEO
    Dünən, 16:11 | Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı
    Dünən, 16:09 | Pərviz Şahbazova yeni vəzifə verldi
    Dünən, 14:47 | Maşın su kanalına düşdü: 1 ölü, 4 yaralı
    Dünən, 14:43 | Bu şəxslərin bütün cərimələri silinəcək
    Dünən, 14:33 | İlham Əliyev 5 fərman imzaladı
    Dünən, 14:24 | Süni intellektdən istifadə edənlərin çoxu ondan psixoloji dəstək alır
    Dünən, 14:21 | Azərbaycan və İtaliya XİN rəhbərlərinin görüşü başladı
    Dünən, 14:10 | Bakıda sabiq məmur avtomobili sərxoş halda idarə edərkən saxlanıldı
    Dünən, 14:08 | Elçin Babayev haqda sensasiya: Kim məhv etmək istəyir?
    Dünən, 14:07 | Elçin Babayev haqda sensasiya: Kim məhv etmək istəyir?
    Dünən, 13:57 | "Sabah" - "Barselona" oyununun hakimləri bəlli oldu
    Dünən, 13:37 | Tovuzda avtomobil körpüdən aşdı: Ölən və yaralılar var
    Dünən, 13:35 | Ermənistanın yeni konstitusiyasında Azərbaycanla bağlı nələr dəyişir?
    Dünən, 12:58 | 24 yaşlı qız dəm qazından boğuldu
    Dünən, 12:56 | Nəriman Süleymanovla bağlı cinayət işi açılıb? - Rəsmi
    Dünən, 12:55 | Sabah Azərbaycanda 20 dərəcə isti olacaq
    Dünən, 12:49 | Bu xanımlara yüksək vəzifə verildi - Foto
    Dünən, 09:25 | Bakıda tanınmış aparıcı yol qəzasında ölüb
    Dünən, 08:55 | Ət yemədən protein ehtiyacını qarşılayan qidalar
    Dünən, 08:51 | Rusiyanın zərbələri Ukraynanın imkanlarını üstələyir - FT
    Dünən, 08:41 | Xankəndidə aldığı tapançanı qayınatasının evinin həyətində basdıran şəxsə cəza verildi
    Dünən, 08:29 | İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"
    Dünən, 08:20 | Köçdən sonra: İsmayıllının Mübariz Orucov küçəsi baxımsız vəziyyətdədir - VİDEO
    Dünən, 08:13 | Azərbaycanda beşinci sinif şagirdi vəfat etdi
    Dünən, 08:09 | Trampın bu təklifi Avropanı sevindirdi
    Dünən, 08:01 | Rusiyada eyni klinikada işləyən azərbaycanlı və erməni iki həkimin səs-küy yaradan dostluğu - Video
    Dünən, 07:19 | Ölüm saçan pullar peyda oldu: toxunanlar zəhərlənir
    Dünən, 07:15 | İranda çörək satışına məhdudiyyət qoyuldu
    Dünən, 07:14 | Yasamalda bu göl qurumağa başlayıb - Video
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.