Tanınmış aparıcı Xəzər TV-dən getdi
"Xəzər Xəbər"in aparıcısı Günel Qədimova kanal ilə yollarını ayırıb. O, işdən çıxmaq qərarını öz istəyilə verdiyini bildirib “Bu gün 15 ilə yaxındır bir parçası olduğum Xəzər TV-dən öz istəyimlə ayrıldım. Bura mənim üçün sadəcə iş yeri deyil, daha artığı oldu. Sözün əsl mənasında, yetişdim deyə bilərəm. "Xəzər Xəbər"in yeri isə məndə həmişə xüsusi qalacaq. Çox gözəl, qarışıq duyğularla iş yoldaşlarımdan ayrıldım. Keçmişə minnətdar, gələcəyə ümidliyəm”, - aparıcı bildirib.
Oxunub: 14
Xəbəri paylaş
Paylaş:





















