"Zəfər turu": "İmişli" "Sumqayıt"ı, "Sabah" "Şamaxı"nı qəbul edəcək
Bu gün Misli Premyer Liqasında 11-ci tura yekun vurulacaq. Mediaxeberleri.Az xəbər verir ki, son oyun günündə iki göüş keçiriləcək. Əvvəlcə "İmişli" "Sumqayıt"ı qəbul edəcək. Günün və turun son matçında isə "Şamaxı" "Sabah"ın qonağı olacaq. Qeyd edək ki, Vətən müharibəsində şanlı qələbəmizin 6-cı ildönümü ilə əlaqədar olaraq Misli Premyer Liqasının 11-ci turu Peşəkar Futbol Liqası tərəfindən “Zəfər turu” elan edilib. 8 noyabr (bazar) 15:00.“İmişli” – “Sumqayıt” 17:30.“Sabah” – “Şamaxı” Turun digər nəticələri “Qarabağ” - “Turan Tovuz” - 0:1 “Neftçi” - “Kəpəz” - 1:0 “Zirə” - “Qəbələ” - 2:1 “Şəfa” - “Araz-Naxçıvan” - 2:2 Bombardirlər: Breno Almeyda ("Neftçi") - 9 qol Coy-Lens Mikels ("Sabah") - 6 qol Aleksey Kaşuk ("Qarabağ") - 4 qol Joarlem Santos ("Turan Tovuz") - 4 qol Ağadadaş Salyanski ("Araz-Naxçıvan") - 4 qol
Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Müslüm Əliyev, Namiq Bəkirov, Cavid Cəlilov (VAR), Pərvin Talıbov (AVAR)
Yevlax şəhər stadionu
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Nicat İsmayıllı, Rəvan Həmzəzadə (VAR), Eyyub İbrahimov (AVAR)
“Sabah Arena”





















