Fəhlələr pullarını ala bilmirlər - VİDEO
Aylarla işlədilər, təmir etdilər, amma nə zəhmət haqlarını ala bildilər, nə də aldıqları materialların pulunu... Paytaxtın Nizami rayonundakı "Arbat" restoranında təmir işləri aparan fəhlələr aylardır sifarişçidən pulların ala bilmədiklərini iddia edirlər. Şikayətçilərin sözlərinə görə, 5 min 597 manatlıq borc hələ də ödənilməyib Vüsal Hüseynov deyir ki, məsələ ilə bağlı sahibkarla əlaqə saxlayıblar. Sahibkar isə pulu iş icraçısı, özünü Larisa kimi təqdim edən, əsl adı Sevda Məmmədli olan qadına ödənildiyini bildirib. Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Oxunub: 25
Xəbəri paylaş
Paylaş:





















