“Kəpəz” - “Zirə” matçında heç-heçə, "İmişli"dən qələbə
Bu gün Misli Premyer Liqasında 8-ci tura yekun vurulub. Mediaxeberleri.Az xəbər verir ki, son oyun gününə nəzərdə tutulan matçlar artıq başa çatıb. "İmişli" Yevlaxda "Turan Tovuz"u qəbul edib. Görüş "İmişli"nin 1:0 hesablı qələbəsi ilə başa çatıb. "Zirə" isə Gəncə səfərində "Kəpəz"lə üz-üzə gəlib. Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 18 oktyabr (bazar) Misli Premyer Liqası, 8-ci tur 18:30.“Kəpəz” – “Zirə” - 1:1 Qollar: Benito, 57 (1:0), Davit Volkov, 89 (1:1) 15:00.“İmişli” - “Turan Tovuz” - 1:0 Qol: Dioqo Rollo, 25 Turun digər nəticələri “Şamaxı” - “Şəfa” - 3:2 “Sumqayıt” - “Araz-Naxçıvan” - 2:1 “Qarabağ” - “Neftçi” - 3:3 “Qəbələ” - “Sabah” - 0:4 Bombardirlər: Breno Almeyda ("Neftçi") - 7 qol Coy-Lens Mikels ("Sabah") - 5 qol Aleksey Kaşuk ("Qarabağ") - 4 qol
Hakimlər: Emin Əliyev, Cəmil Quliyev, Müslüm Əliyev, Ruslan Quliyev, Rauf Cabarov (VAR), Kərim Zeynalov (AVAR)
Gəncə şəhər stadionu
Hakimlər: Nicat İsmayıllı, Elşad Abdullayev, Kamran Bayramov, Mahmud Bağırzadə, Kamranbəy Rəhimov (VAR), Gülnurə Əkbərzadə (AVAR)
Yevlax şəhər stadionu





















