Paşinyandan Qazaxın kəndləri haqda növbəti açıqlama
“Biz ilin sonuna qədər Azərbaycanla münasibətlərin nizamlanması üçün sülh sazişini imzalamağa hazırıq”. Medıaxeberlerı.Az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 17-də Strasburqda Avropa Parlamentinin plenar iclasında çıxışı zamanı deyib. Paşinyan Ermənistanın sülh sazişi üçün bir sıra məsələlərin qarşıqlı həllinə razı olduğunu bildirib: “Nəqliyyat-kommunikasiya baxımdan qarşılıqlı şəkildə prinsiplərə riayət etməklə Azərbaycan mallarının və vətəndaşlarının ərazimizdən təhlükəsiz keçməsini təmin etməyə hazırıq. O cümlədən biz 1991-ci ilin sərhəd xəttinə əsasən qoşunların qarşılıqlı olaraq “güzgü effekti” ilə geri çəkilməsinə razılığımızı bildiririk. Ermənistanın İctimai Televiziyasına verdiyim müsahibədə də qeyd etdiyim kimi, anklavlar məsələsini qarşılıqlı prinsiplər əsasında həll etməyə hazırıq. Bu il Brüsseldə üçtərəfli görüşün keçirilməsi ilə bağlı razılaşma var. Bu sadaladığım məqamlar rəsmən təsdiq olunarsa, sülh sazişinin imzalanması reallaşacaq”. Əliyar Xəlil
Globalinfo.az