Mediaxeberleri.az
    
  • Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
    Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
  • 
  • UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
    UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
  • 
  • Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
    Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
  • 
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
    İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
  • 
  • Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
    Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
  • 
  • Uzun illər sonra efirə qayıdır
    Uzun illər sonra efirə qayıdır
  • 
  • I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
  • 
  • MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
    MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
  • 
  • Dövlətçilik tariximizin şanlı salnaməsi
    Dövlətçilik tariximizin şanlı salnaməsi
  • 
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
    Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
  • 
  • Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
    Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
  • 
  • Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
    Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
  • 
  • Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
    Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
  • 
  • Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
    Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

Son xəbərlər :
  • Ramzan Kadırovun Azərbaycana səfəri ilə bağlı videoicmal
  • "Biri varlı geyinir, biri kasıb, vahid forma olmalıdır" - Sakinlər nə düşünürlər? - Video
  • Qazaxda ilk dəfə bədii gimnastika üzrə "Grace of Nature" adlı turnir keçirilir
  • Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir - Niyə?
  • İsmayıllıda ev və köməkçi tikili yandı
  • Repetitorlar çətin sınaq qarşısında
  • Prezident 7 rayonun icra başçısı ilə bağlı sərəncam İMZALADI
  • Bu rayonlara qar yağıb - Hava məlumatı
  • Birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi
  • Gürcüstanla bağlı bu komissiyanın yeni tərkibi - Sərəncam
  • İlham Əliyev fərman imzaladı
  • Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?
  • "Qarabağ"ın hücumçusu “Olimpiakos”un düşərgəsində
  • Tovuzda ildırım yaşayış binasına düşdü - Foto
  • "Neftçi" "Sabah"la heç-heçə etdi, "Kəpəz" "Araz-Naxçıvan"a qalib gəldi
  • “Qarabağ” ordenli Vətən müharibəsi şəhidi baş leytenant Nəbi Hüseynov ildönümündə ehtiramla yad edilib
  • Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - RƏSMİ
  • Qida zəhərlənmələrinin böyük qismi ev şəraitində gigiyena tələblərinə uyğun hazırlanmayan konservlərdir - RƏSMİ
  • Ağstafada vətəndaşların növbəti səyyar qəbulu keçirilib
  • Qazaxda Vətən müharibəsi şəhidi əsgər Anar Vəliyevin əziz xatirəsi ehtiramla anılıb
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

KREMLİN NÜVƏ TƏHDİDİNDƏ YENİ MƏRHƏLƏ. - Rusiya nüvə şantajına niyə qayıdır?

  • Tarix: 18-10-2023, 11:51

Çoxları yeni İsrail-Fələstin eskalasiyasını Rusiya üçün “göydən düşmə” hesab edir və bunu onunla əsaslandırırlar ki, Yaxın Şərqdəki münaqişə ABŞ başda olmaqla, Qərbin diqqətini və potensialını parçalayacaq, Ukraynaya yardım ikinci plana keçəcək və sair.

Lakin sahədəki real vəziyyət Kremlin optimizminə elə bir ciddi əsas vermir. Ağ Ev administrasiyası yenə Kiyevi lazımi səviyyədə dəstəkləyəcəyini bəyan edir, Ukraynaya maliyyə yardımı və silah tədarükü davam edir və hətta yeni ATACMS raketlərinin verilməsilə daha da güclənir. Ukrayna qoşunlarının yaxın zamanda Tokmak şəhərini nəzarətə götürəcəyi gözlənilir, hansı ki, bununla da Rusiya işğalçı qoşunlarının logistikasının böyük ölçüdə çökməsi və cənub qruplaşmasının iki hissəyə bölünməsi qaçılmaz olur.

Digər yandan, Rusiyanın Kupyansk istiqamətindəki hücum cəhdləri uğursuzluğa düçar olandan sonra Donetsk vilayətinin Avdeyevka qəsəbəsi istiqamətində də hücumu əsl fiaskoya uğrayır. Bir gündə onlarla hərbi texnika və minə yaxın hərbçisini itirən Rusiyanın dövlət başçısı Vladimir Putin bu səbəbdən həmin hücumu “aktiv müdafiə” adlandırmalı olur.

Nəhayət, ATACMS raketləri artıq Ukraynadadır (F-16-lar isə “yoldadır) və onların ilk tətbiqi nəticəsində Rusiyanın işğal etdiyi Berdyansk şəhərindəki hərbi aerodroma ötən gecə sarsıdıcı zərbə endirildi. Bir sözlə, sadaladığımız amillər, eləcə də maliyyə - iqtisadi çətinliklər, ölkə daxilində əhalinin müharibəyə münasibəti, səfərbərlik və təminat problemləri və s. Rusiyanın dalana dirəndiyinin və Ukrayna bataqlığında daha da dərinə batdığının bariz göstəriciləridir.



Bütün bunların fonunda Rusiya Dövlət Duması ötən gün nüvə sınaqlarından imtina ilə bağlı beynəlxalq müqavilədən çıxmaq barədə qanunu birinci oxunuşda qəbul etdi. Təbii ki, bu addım Kremlin göstərişi əsasında atılıb və Rusiyanın bir müddət səngiyən nüvə şantajının yeni mərhələyə qədəm qoymasından xəbər verir.

Xatırladaq ki, müharibənin ilk günlərindən Putin qəzəbli şəkildə Qərbi “qarışacağı halda” nüvə zərbəsi ilə açıq şəkildə təhdid etdi. Buna baxmayaraq, Qərb “qarışdı” və artıq Ukraynaya nüvə silahından başqa hər şey verməyə razılaşıb.

Bunun ardınca, Dmitri Medvedev dəfələrlə özünəməxsus, eybəcər ədalarla dünyanı nüvə apokalipsisi ilə təhdid etməyə başladı. Son olaraq, iyul ayında Medvedev bildirdi ki, əgər Ukraynanın əks-hücumu uğurlu alınsa və Ukrayna qoşunları Rusiya ərazilərinə(?) daxil olsa, Kreml nüvə silahından istifadə edəcək.



Ancaq onun “Rusiya ərazisi” deyərkən, artıq Rusiyanın öz konstitusiyası əsasında bu ölkənin ərazisi hesab etdiyi Ukraynanın işğal olunmuş torpaqlarını da nəzərdə tutub-tutmadığı bəlli deyil. Hər halda, həmin bəyanatdan sonra Ukrayna qoşunları bir neçə yaşayış məntəqəsini azad edib, lakin Rusiya buna görə nüvə silahına əl atmayıb.

Ümumilikdə isə Medvedevin dedikləri bir tərəfdən dünyanı şantaj etməkdirsə, digər yandan Kremlin acizliyinin göstəricisidir. Deməli, Kreml Ukrayna əks-hücumunun uğurlu alınacağından qorxur və bunun qarşılığında edə biləcəyi şey yalnız nüvə silahının tətbiqidir. Dünyanın ikinci ordusu məntiqlə bu duruma düşməli deyildi…

Bu arada Medvedevin “əqidə yoldaşı” Marqarita Simonyan Rusiyanı Sibirdə nüvə sınağı keçirərək, yəni, nüvə partlayışı törədərək, “Qərbi qorxutmağa” çağırdı. Kremlin ən “öncül” təbliğatçısının bu təklifi təkcə Simonyanın özünün deyil, onun ağalarının, sifarişçilərinin, yəni Kremlin də başını itirdiyindən xəbər verdi.



Heç Belarusa nüvə silahının verilməsi də qətiyyən Kremlin sağlam ağıla, düşüncəyə söykənməsinin göstəricisi sayıla bilməz. Xatırladaq ki, daha öncə Medvedev Qərb tərəfindən Ukraynaya nüvə silahı veriləcəyi tədirdə, dərhal Rusiyanın nüvə zərbəsi endirəcəyini bəyan etmişdi. Ancaq məhz haranı vuracağını deməmişdi. Buna baxmayaraq, özü asanlıqla Belarusa nüvə silahı verdi…

Ümumiyyətlə, nüvə mövzusunun yenidən ortalığa atılması Rusiyanın əlindəki digər bütün kartların vurulduğundan xəbər verir. Təbii qaz şantajı fiaskoya uğradı, taxıl şantajı gözlənilən effekti vermədi, neft şantajı da uğur gətirmədi. Ukraynadakı döyüş səhnəsində isə “dünyanın ikinci ordusu” “təpəsinə-gözünə” zərbələr almaqda davam edir, nə irəliyə, nə də geri dura bilir və bəlkə də tarixinin ən urvatsız günlərini yaşayır. Ona görə də Kremlin əlində nüvə şantajından başqa heç bir ciddi silah qalmır.

Ən pisi isə odur ki, nüfuz, ayıb, ləyaqət, beynəlxalq hüquq və sair bu kimi anlayışların üzərindən çoxdan xətt çəkmiş Kreml dünya tarixinə, mədəniyyətinə, elminə, incəsənətinə görkəmli simalar bəxş etmiş Rusiyanı 21-ci əsrdə “izqoy” statuslarına düşürməkdən heç bir xəcalət hissi keçirmir.

Bir daha nüvə şantajına qayıdarkən, qeyd edək ki, doğrudur, Rusiya nüvə sınaqlarından imtina barədə sazişdən çıxsa da, Qərb dövlətləri sınaqlara birinci başlamasalar, özünün heç bir nüvə sınağı keçirməyəcəyinə dair vədlər verir. Lakin dünyada Moskvanın sözünə inananlar çoxdurmu? Ona qalsa, Sergey Lavrov son günə qədər ən mötəbər tribunalardan Ukraynaya qarşı hər hansı bir hərbi müdaxilə olmayacağını demişdi…

C.Məmmədov


Oxunub: 414
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 00:00 | Ramzan Kadırovun Azərbaycana səfəri ilə bağlı videoicmal
    Dünən, 23:32 | "Biri varlı geyinir, biri kasıb, vahid forma olmalıdır" - Sakinlər nə düşünürlər? - Video
    Dünən, 16:56 | Qazaxda ilk dəfə bədii gimnastika üzrə "Grace of Nature" adlı turnir keçirilir
    Dünən, 13:04 | Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir - Niyə?
    Dünən, 13:02 | İsmayıllıda ev və köməkçi tikili yandı
    Dünən, 11:40 | Repetitorlar çətin sınaq qarşısında
    Dünən, 11:29 | Prezident 7 rayonun icra başçısı ilə bağlı sərəncam İMZALADI
    Dünən, 11:15 | Bu rayonlara qar yağıb - Hava məlumatı
    Dünən, 11:14 | Birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi
    Dünən, 11:06 | Gürcüstanla bağlı bu komissiyanın yeni tərkibi - Sərəncam
    Dünən, 11:05 | İlham Əliyev fərman imzaladı
    Dünən, 07:33 | Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?
    Dünən, 07:31 | "Qarabağ"ın hücumçusu “Olimpiakos”un düşərgəsində
    9-10-2026, 21:54 | Tovuzda ildırım yaşayış binasına düşdü - Foto
    9-10-2026, 21:27 | "Neftçi" "Sabah"la heç-heçə etdi, "Kəpəz" "Araz-Naxçıvan"a qalib gəldi
    9-10-2026, 20:20 | “Qarabağ” ordenli Vətən müharibəsi şəhidi baş leytenant Nəbi Hüseynov ildönümündə ehtiramla yad edilib
    9-10-2026, 20:14 | Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - RƏSMİ
    9-10-2026, 20:06 | Qida zəhərlənmələrinin böyük qismi ev şəraitində gigiyena tələblərinə uyğun hazırlanmayan konservlərdir - RƏSMİ
    9-10-2026, 18:42 | Ağstafada vətəndaşların növbəti səyyar qəbulu keçirilib
    9-10-2026, 18:34 | Qazaxda Vətən müharibəsi şəhidi əsgər Anar Vəliyevin əziz xatirəsi ehtiramla anılıb
    9-10-2026, 16:33 | Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
    9-10-2026, 15:40 | PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    9-10-2026, 12:59 | Lukaşenko Moldovanın MDB-dən çıxmaq qərarını tənqid etdi
    9-10-2026, 12:57 | Azad edilmiş ərazilərdə güzəşt tətbiq edilən yeni istehsal və sənaye sahələri məlum oldu - Foto
    9-10-2026, 12:16 | Söhbət sağ qalmaqdan gedir – Kliçko Kiyev sakinlərinə müraciət etdi
    9-10-2026, 12:01 | Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı
    9-10-2026, 11:56 | Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    9-10-2026, 11:52 | DİM-DƏ KADR DƏYİŞİKLİYİ - Abbaszadə əmr imzalayıb + FOTO
    9-10-2026, 11:49 | Çindən ABŞ-yə kimi 28-dən çox ölkənin rəsmiləri Bakıya gəlir
    9-10-2026, 11:42 | Məşhur görəndə özünü itirmək xəstəlikdir? - Bir FOTOnun min hoqqası
    9-10-2026, 11:39 | Yasamal rayonunda şəhidlərin anım mərasimi keçirildi
    9-10-2026, 11:37 | Azərbaycanın strateji valyuta ehtiyatları 89 milyard dolları keçdi
    9-10-2026, 11:35 | Bu gün Azərbaycan kubokunda I mərhələ başa çatır - TƏQVİM
    9-10-2026, 11:29 | “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    9-10-2026, 11:26 | Noyabrda neçə gün iş olmayacaq? - TƏQVİM
    9-10-2026, 11:22 | ADY-nin ən çox sərnişin gedən 5 stansiyası açıqlandı
    9-10-2026, 11:19 | Qaradağda əsgərləri daşıyan avtobus aşdı
    9-10-2026, 11:06 | Azərbaycan 2028-ci ildə MDB-yə sədrlik etməyə hazırdır - Prezident
    9-10-2026, 10:58 | Paşinyan Azərbaycan mahnısı ilə videosunu paylaşdı – "Sizi sevirəm"
    9-10-2026, 10:55 | 6 yaşlı uşağı döyən müəllim saxlanıldı
    9-10-2026, 10:54 | “Azərsun“ məşhur şirkəti özünə birləşdirdi
    9-10-2026, 10:26 | “TikTok”da “Daşqın əmlak ofisi” vətəndaşları necə aldadıb?
    9-10-2026, 10:19 | C5-DƏN C6-YA TARİXİ KEÇİD... - Azərbaycanın Mərkəzi Asiya həmləsi
    9-10-2026, 10:12 | VALIDEYNLƏR TƏDRISƏ CƏLB EDILSƏ NƏ BAŞ VERƏR?
    9-10-2026, 10:03 | AFFA UEFA-nın qərarına qarşı çıxıb
    9-10-2026, 09:55 | Elvin Mahmudzadə həbs edildi
    9-10-2026, 09:53 | Əvvəl təcavüz edib, sonra boğaraq öldürüb: Ruhi xəstə olan Xəyalənin qətlə yetirildiyi hadisənin pərdəarxası - Foto
    9-10-2026, 09:44 | İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edir
    9-10-2026, 09:13 | İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək"
    9-10-2026, 09:04 | Misli Premyer Liqasında VII tur başlayır: "Neftçi" "Sabah"a, "Araz-Naxçıvan" "Kəpəz"ə qarşı
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.