Mediaxeberleri.az
    
  • Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
    Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
  • 
  • “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
    “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
  • 
  • UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
    UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
  • 
  • Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
    Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
  • 
  • Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
    Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
  • 
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
    İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
  • 
  • Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
    Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
  • 
  • Uzun illər sonra efirə qayıdır
    Uzun illər sonra efirə qayıdır
  • 
  • I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
  • 
  • Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs saxlanıldı
    Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs saxlanıldı
  • 
  • MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
    MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
  • 
  • Dövlətçilik tariximizin şanlı salnaməsi
    Dövlətçilik tariximizin şanlı salnaməsi
  • 
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
    Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
  • 
  • Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
    Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
  • 
  • Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
    Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək

Son xəbərlər :
  • Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər
  • Cəbrayılda mina partlaması nəticəsində yaralanan gəncin vəziyyəti ağırdır - YENİLƏNİB
  • Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı
  • Dövlət başçıları Türkmənistanda konsert proqramında - Video
  • Maşınla ana və uşağının üstündən keçdi - Polis köməyə çatdı
  • Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək?
  • Azərbaycanın cüdo tarixində rekord...
  • Bakıda məşhur restoranda biabırçı vəziyyət - İddia
  • “Qızım iki ildən çoxdur komadadır, ekspertiza nəticələri saxtalaşdırılır...”
  • Gözlərinizi qorumaq üçün məsləhətlər
  • Hərbi xidmətə gedənlərlə bağlı VACİB AÇIQLAMA
  • Cəbrayılda mal-qara otaran şəxs minaya düşdü
  • Ermənistan bu ölkələr üçün viza qaydalarını dəyişdi
  • Paşinyandan Medvedevə kinayəli cavab: "Əsl təhlükənin rusiyalaşmaq olduğunu deyə bilərik"
  • Bakıya leysan yağacaq, şimşək çaxacaq
  • Adı qalmaqalda çəkilən lisey direktoru işdən çıxdı - Foto
  • Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
  • "Patriot" parkında növbəti korrupsiya skandalı - Milyardlıq tenderlər, milyonluq faizlər....
  • Üç gündür susuz qalan altı rayona qurumdan cavab: "Sistemin bərpası zaman tələb edir"
  • "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir" - Prezident
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Ali Baş Komandanın Triumfu

  • Tarix: 6-10-2026, 21:47

... 2016-cı ilin "dörd günlük" Aprel döyüşlərində ordumuzun misilsiz qəhrəmanlığı Vətən müharibəsindəki Zəfərin başlanğıcı idi. Və güman edirəm ki, səlnaməçilərimiz Vətən müharibəsindəki qələbəmizin tarixini yazanda  bu döyüşləri hökmən xatırlayacaqlar.
 
44 günlük Vətən Müharibəsi isə qələbəyə gedən uzun yolun finişi, Ali Baş Komandanın və onun əsgərlərinin Triumfu idi...
...Azərbaycanın dövlətçilik və hərb tarixində öz adını tarixə şərəflə yazmış dövlət başçılarımız və sərkərdələrimiz çox olmuşdur. Lakin onu da təəssüflə qeyd etmək lazımdır ki, tariximizin son yüzillikləri torpaqlarımızın itirilməsi ilə müşayət olunmuşdur. Bu dəfə isə əksinə oldu... 
... Sentyabr ayının 27-də növbəti erməni təxribatının qarşısını almaq məqsədilə Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə bütün cəbhəyə boyu əks hücuma keçdi...
Sən demə zaman həmin gün imiş. Qarabağ uğrunda mübarizəni özünün məfkurə mübarizəsi hesab edən cənab Ali Baş Komandan bu mübaizədə qalib gələcəyinə əmin idi.  Bəli, O, Qarabağ məfkurəsini təkcə  bir bir qrupun, bir partiyanın, bir toplumun deyil, bütöv bir xalqın ideologiyasına çevirə bilibmiş. Sentyabrın 27-də Azərbaycanda hər kəs Qarabağlı oldu, əsgərindən  generalınadək, uşaqdan-böyüyədək, hamı bir nəfər kimi. Ən böyük Qarabağlı isə Ali Baş Komandan, Prezident İlham Əliyev idi. Hər kəs Qarabağ məfkurəsi uğrunda, mübarizəyə qoşulmuşdu. Hər kəsin ürəyi Qarabağla döyünürdü, hər bir Azərbaycanlının nəbzi Qarabağla vurudu. Səfərbərlik idarələrinin qarşısında cəbhəyə yollanmaq üçün könüllülər növbəyə dayanmışdı. Hamı bu günü gözləyirmiş. Şairin şeirinin misrasından əsgər çəkmələrinin səsi, musiqiçilərimizin nəğmələrindən avtomat gülləsinin ritmi eşidilirdi. Bir sözlə bütün Azərbaycan və azərbaycanlılar başda Qarabağ məfkurəsinin yaradıcısı, Ali Baş Komandan İlham Əliyev olmaqla nəfəsini Qarabağla alırdı. Bunların hamısı amal uğrunda, məslək uğrunda, mübarizədə insanların ifadə forması idi:
İndi 44 günlük müharibə arxada qalıb. Biz müqəddəs "Vətən Müharibəsi"nin ağrı-acılarını hələ uzun müddət içimizdə, qəlbimizdə, beynimizdə, yaddaşlarımızda yaşadacağıq. Şahidlərimiz şəhidlərimizin, qazilərimizin, fədailərimizin igidliyindən, qəhrəmanlığından, ölməzliyindən danışdıqca bu qələbənin necə başa gəldiyini daha dərindən dərk edirik. Müharibə günlərində sosial şəbəkələrdə bir xəbər paylaşılmışdı. Həmin sətirləri oxuduqca düşünürdüm. Bax budur Qarabağ məfkurəsi uğrunda, Qarabağ məsləki uğrunda mübarizənin təcəssümü, ifadəsi. Həmin sətirləri oxuduqca insanın qanı donurdu. Yox təkcə donmurdu, həm də coşurdu. Mən həmin sətirləri olduğu kimi by yazıya daxil edirəm: "Bu müharibədə canlı olaraq nələr gördük? Öz oğlunun tabutu qabağında oynayan ana, öz nişanlısının ölümündən sonra intihar edən qız, öz ərinin cənazəsini çiynində daşıyan qadın, öz qızının bağırsaqlarını hönkürə-hönkürə yerdən yığan ata, öz oğlunun qəbrinə girib oğlumla yatmaq istəyirəm deyən ana, əli, qolu olmaya- olmaya mən vətən üçün heç nə edə bilmədim deyən qəhrəman, ürəyində qəlpə ola-ola canım qurban bu vətənə deyən əsgər, əsgərinə bu mənim qardaşımdır deyən general, öz oğlunun məzarında Xocalı qisası almısan buna görə ağlamıram deyən ana, can verəndə qızım üçün darıxıram deyən əsgər, öz uşaqlarının corablarını cibində gəzdirib, döyüşə girəndə onları öpən əsgər, oğlunun tabutu gələndə xonça ilə qarşılayan ana, hospitalda can verərkən axı niyə Şuşanı görmədim deyib Suqovuşanda yaralanan əsgər, özü can versə də Şuşada öz döyüş yoldaşını ölümdən qutaran əsgər, siz evlisiz, mənsə subay deyərək erməni generalını öldürüb, zabit heyətimizi ölümdən qutarıb Polad Həşimovun qisasın alan əsgər, yırtıq ayaqqabı ilə "ASAN" xidmətə gəlib, pensiyasını əsgərlərə hədiyyə edən qoca kişi,  oğlunun cənazəsi gələn yolu əyilib öpən və "südüm sənə halal olsun oğul" deyən ana, sən idmanla məşğul olmusan, canavar kimi öldür onları, məhv et deyə nəvəsinə ruh verən nənə, döyüşə getmək üçün hərbi çağırış komissiyasının işçiləri ilə dalaşan oğullar, döyüş bölgəsinə könüllü yollanan həkim qadınlar, canından keçməyə hazır könüllü yazılmış cəsur qadınlar," bir gündə iki oğlunun cənazəsini torpağa tapşıran ata, iki oğlundan birini dəfn edib, evə qayıdanda ikinci oğlunun cənazəsini qarşılayan ana. Şuşada əlbəyaxa döyüşdə əli silaha çatmayanda dişi ilə düşmənin damarını parçalayan aslan igidlər, yaralanıb zorla ayağa duran və düşməni öz əlləri ilə cəhənnəmə vəsil edən, öz döyüş yoldaşlarını xilas etmək üçün özünü qumbaranın üstünə atan  Azərbaycan Əsgəri.    Və nəhayət yumruq kimi birləşmiş əlli milyon azərbaycanlı, başda Türkiyə olmaqla ona dəstək və qardaş olan ölkələr.
Hər gün yeni tarix yazılırdı. 44 gün ərzində bu məfkurə uğrunda mübarizəyə 30 illik bir tarix sığışırdı. Kəndlər, şəhərlər bir-bir azad edildikcə, hər bir azərbaycanlıda yeni bir ovqat, yeni bir istək, yeni bir arzu yaranırdı. Azərbaycan vətəndaşının ürəyi köksünə sığışmırdı, sevincdən sıyrılıb çıxırdı insanın köksündən.    ..        
Ali Baş Komandan İlham Əliyev həmin günlər bir neçə cəbhədə döyüşür, hər gün hücum planını özü qurur, döyüşün nəticələrini təhlil edir, komandanı özü verir, döyüşü özü idarə edir, qələbə müjdəsini xaqla özü çatdırırdı. Onun bir sıra dövlət başçıları ilə aprdığı danışıqlar və dünyanın aparıcı KİV-lərinə verdiyi müsahibələr nəinki ona rəğbəti olanları, hətta rəqiblərini və opponentlərini, onu tənqid edənləri öz biliyi, informasiyası, analitik təfəkkürü, diplomatik gedişləri və sərkərdəlik bacarığı ilə heyran və mat  qoyurdu. Qarabağ problemlərinin tarixi barədə gerçək məlumatları, bu barədə erməni uydurmalarını, problemin həllinə yönəlmiş cəhdlərin və danışıqların xronologiyasını, problemin həlli ilə əlaqədar BMT-Təhlükəsizlik Şurasının, ATƏT-in və onun Minsk Qrupunun həmsədrlərinin, beynəlxalq ictimaiyyətin riyakar, saxta mövqeyini bütün dünyaya bəyan edirdi. Uzun illər ərzində Ermənistan dövləti tərəfindən Azərbaycan üçün yaradılmış problemləri, Qarabağ probleminin və Ermənistanın istər regionda, istərsə də bütövlükdə dünyada sülh üçün nə qədər təhlükəli olduğunu aydın şəkildə, faktlarla izah edir, erməni yalanlarını, onların riyakarlıqlarını ikiüzlülüyünü, faşist mahiyyətini dünya ictimaiyyətini çatdıraraq onları ifşa edirdi. Riyakar, satqın, ikiüzlü, xəyanətkar  Ermənistan dövlətinin əsl mahiyyəti cənab İlham Əliyevin verdiyi müsahıbələr  nəticəsində hətta onlara rəğbət göstərən dövlətlər tərəfindən anlaşıqlıqla qarşılanırdı.
Azərbaycan Ordusu Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında möhtəşəm bir tarix yazırdı. Əsgərlərimizin misilsiz rəşadəti və igidliyi nəticəsində 30 il əsarətdə olan Dağlıq Qarabağ və onun ətrafı işğaldan azad edirdi. Azərbaycan xalqının şərəf tarixi yazılırdı. Azərbaycan əsgəri bu tarixi misilsiz şücayəti, rəşadəti, igidliyi ilə, qanı və canı ilə yazırdı, millətin mənliyini, milli qürur hissini özünə qaytarırdı. 
44 günlük Vətən müharibəsinin Zəfərinin triumfu isə Qarabağın incisi Şuşanın azad edilməsi idi. Azərbaycan Prezidenti 2020-ci il oktyabrın 16-da Türkiyənin "A Heber" televiziya kanalına müsahibəsində demişdi: " İşğal edilmiş torpaqların hər bir qarışı bizim üçün doğmadır, əzizdir. Və mənim üçün hər bir şəhərin, hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir. Qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edib. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar... Ona görə təbii ki, Şuşanın işğaldan azad edilməsi bizim hədəflərimizin arasında xüsusi yer tutur. Buna biz çalışmalıyıq. Buna biz nail olmalıyıq. Nə zaman bu olacaq, onu yaxın gələcək göstərər". Prezidentin bu müsahibəsindən sonra Şuşanın azad edilməsi uzun çəkmədi. Oktyabarın ortalarında əvvəlcə Cəbrayıl və Füzuli, sonra isə Hadrut işğaldan azad edildikdən sonra cəbhənin bütün istiqamətləri Şuşaya yönəlmişdi. Himnimizin 100 il bundan əvvəl yazılmış mətnində səslənən kimi Azərbaycanın Xüsusi təyinatlı qüvvələri, əsgər və zabitlərimiz, Azərbaycan gənci Vətən üçün, bayraq  üçün, torpaq üçün, Şuşa üçün "can verməyə hazır, qan tökməyə qadir" olduğunu qəhrəmanlıqla nümayiş etdirirdi. 28-30 oktyabr tarixləri arasında Şuşanı düşməndən azad etmək və şəhərin müdafiəsini yarmaq üçün Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələri əraziyə yeridildi.  Azərbaycanın Əfsanəvi Xüsusi Təyinatlı Qüvvələrinin 400 hərbçisi 5 gün sıx meşələr və keçilməz yarğanlar arasından irəliləyib, ciddi mühafizə olunan Laçın dəhlizindən keçərək ətraf kəndlərimühasirəyə aldılar. Onlar şəhərə bir çox istiqamətdən və fərqli hədəflərə yaxınlaşmaq üçün yüz nəfərlik qruplara bölündülər. Yüngül silah və sursatlarla silahlanmış igidlərimiz təbii qala divarları rolunu oynayan yüsək  sıldırım qayalardan dırmaşaraq 7 noyabrda şəhərə daxil oldular. Şəhərdə yerləşən erməni qüvvələri əsgərlərimizin bu həmləsindən özlərini itrərək qaçmağa üz tutmuşdular və bir günün içində şəhər erməni qoşunlarının qalaıqlarından tamamilə təmizləndi. Noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan silahlı qüvvələrinin Şuşanı işğaldan azad etdiyini bütün dünyaya bəyan etdi: "Əziz Şuşa sən azadsan"! "Əziz Şuşa biz qayıtmışıq", "Əziz Şuşa biz səni dirçəldəcəyik"!
Bu günlərdə cənab Prezidentimiz İlham Əliyevin istər müharibə dövründə, istərsə də müharibədən sonra müxtəlif tədbirlərdə, Qarabağa səfərləri zamanı verdiyi müjdələrini, bəyanatlarını, çıxışlarını, çağırışlarını, yenidən dinlədikcə, təhlil etdikcə, onun həmin anlarda hansı hisslər keçirdiyini duyduqca, bu möhtəşəm şəxsiyyətin nə qədər uca, nə qədər böyük, müdrik, qətiyyətli bir dövlət başçısı, sərkərdə olduğunu dönə-dönə təsdiq etməli olursan.Təkcə özünün Prezidentlik fəaliyyəti dövründə Cənab İlham Əliyev Azərbaycanımız üçün, onun tərəqqisi, inkişafı, beynəlxalq nüfuzu, xalqımızın həyat səviyyəsinin yaxşılaşması üçün çox işlər görüb. Lakin bu işlərin içində ən möhtəşəmi Qarabağın qaytarılması, ərazi bütölüyümüzün bərpası və erməni separatçılarından birdəfəlik təmizlənməsidir. Zaman keçəcək, illər ötəcək, İlham Əliyevin adı və əməlləri yüz illər, min illər-  əbədiyyətəcən Qarabağla qoşa çəkiləcək, bu müqəddəs işlə birbaşa bağlı olacaqdır. Bu tarix həm də ona görə əlamətdardır ki, Azərbaycan, Prezidentı, Müzəffər Ali Baş Komandan İlham Əliyev, Azərbaycan Xalqı "Bir millət, iki dövlət" olan qardaş Türkiyə, Türkiyə xalqı, Türkiyənin Prezidenti Sayin Rəcəb Tayyib Ərdoğanla, tarixdə indiyədək misli olmayan birlik nümayiş etdirməklə, onların mənəvi və siyasi dəstəyi ilə birlikdə yazdılar.            
Cənab İlham Əliyev son 30 illik Azərbaycan xalqının və dövlətçiliyinin tarixinə qızıl səhifələr yazdı, Qalib Sərkərdə və Dövlət Başçısı kimi daxil oldu və bu misilsiz Qələbə ilə əbədiyyət qazandı.          
Xalqımız  Vətən Müharibəsində Böyük Qələbənin altıncı ildönümü astanasındadır. Bu əlamətdar gün ərəfəsində Vətən uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, Qazilərimizə sağlamlıq arzulayır, qəhrəman döyüşçülərimizə var olun deyirik.    

Zəfərin mübarək Azərbaycan!
                                                                                                                Ramiz Göyüş
                                                                                                               
Yazıçı-Publisist



Oxunub: 13
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 20:32 | Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər
    Bu gün, 19:56 | Cəbrayılda mina partlaması nəticəsində yaralanan gəncin vəziyyəti ağırdır - YENİLƏNİB
    Bu gün, 19:54 | Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı
    Bu gün, 19:52 | Dövlət başçıları Türkmənistanda konsert proqramında - Video
    Bu gün, 19:39 | Maşınla ana və uşağının üstündən keçdi - Polis köməyə çatdı
    Bu gün, 19:33 | Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək?
    Bu gün, 19:27 | Azərbaycanın cüdo tarixində rekord...
    Bu gün, 19:25 | Bakıda məşhur restoranda biabırçı vəziyyət - İddia
    Bu gün, 17:01 | “Qızım iki ildən çoxdur komadadır, ekspertiza nəticələri saxtalaşdırılır...”
    Bu gün, 16:59 | Gözlərinizi qorumaq üçün məsləhətlər
    Bu gün, 16:57 | Hərbi xidmətə gedənlərlə bağlı VACİB AÇIQLAMA
    Bu gün, 16:56 | Cəbrayılda mal-qara otaran şəxs minaya düşdü
    Bu gün, 16:54 | Ermənistan bu ölkələr üçün viza qaydalarını dəyişdi
    Bu gün, 13:43 | Paşinyandan Medvedevə kinayəli cavab: "Əsl təhlükənin rusiyalaşmaq olduğunu deyə bilərik"
    Bu gün, 13:36 | Bakıya leysan yağacaq, şimşək çaxacaq
    Bu gün, 13:32 | Adı qalmaqalda çəkilən lisey direktoru işdən çıxdı - Foto
    Bu gün, 11:15 | Altı prezidentin görüşündə TRIPP-lə bağlı təklif
    Bu gün, 11:11 | "Patriot" parkında növbəti korrupsiya skandalı - Milyardlıq tenderlər, milyonluq faizlər....
    Bu gün, 11:06 | Üç gündür susuz qalan altı rayona qurumdan cavab: "Sistemin bərpası zaman tələb edir"
    Bu gün, 10:58 | "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir" - Prezident
    Bu gün, 10:31 | Prezident İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir - FOTOLAR (Yenilənib)
    Bu gün, 10:10 | MAĞAZALARDA “50% ENDİRİM” TƏLƏSİ ... – Alıcılar necə aldadılır?
    Bu gün, 09:50 | Azərbaycan nefti kəskin bahalaşdı
    Bu gün, 09:25 | İlham Əliyev Türkmənistana işgüzar səfərə gedib - Foto
    Bu gün, 09:01 | KORRUPSİYA FAKTINI İFŞA EDƏNLƏR ÜÇÜN MÜKAFAT... – Nə qədər pul veriləcək, riski varmı?
    Bu gün, 08:20 | Pentaqon əmr gözləyir: İran hər an bombalana bilər
    Bu gün, 08:10 | Sürücülük vəsiqəsi üçün kömək vəd etdi, 900 manatını ələ keçirdi
    Bu gün, 08:07 | Türkiyə və Pakistan ordu yeridir – İran “nəzərə alacaq”?
    Bu gün, 08:01 | Tramp: Ola bilsin, dünyanın tamamilə məhv edilməsinin qarşısını almışam
    Bu gün, 07:57 | Payızda arzuları gercəkləşəcək BÜRCLƏR
    Bu gün, 07:56 | Səhərlər öskürək xərçəngdən ola bilər – Diqqət!
    Bu gün, 00:53 | 400 manat maaşla 4 uşaq saxlayıram - VİDEO
    Bu gün, 00:39 | Quranda adı çəkilən bu quşu möcüzəvi edən NƏDİR?
    Bu gün, 00:23 | Sabah bəzi ərazilərdə işıq olmayacaq - SİYAHI
    Bu gün, 00:11 | Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqləndi, qadağalar müəyyənləşdi
    Bu gün, 00:08 | Azərbaycana yük gətirən iranlı TIR sürücüləri geri qayıda bilmirlər - VİDEO
    Bu gün, 00:02 | PENSİYA VƏ MAAŞ ARTIMI CİBİMİZDƏ HİSS OLUNACAQMI? - Ekspertdən AÇIQLAMA
    Dünən, 23:59 | MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    Dünən, 23:57 | "TÜRKİYƏ VƏ AZƏRBAYCANIN ARASINA GİRMƏYƏ ÇALIŞAN ÖLKƏLƏR VAR" - "İcazə verməyəcəyik..." + VİDEO
    Dünən, 21:44 | Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Dünən, 21:15 | "Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq"
    Dünən, 21:14 | AAAF Park Yaşayış kompleksinin sakinləri mənzillərinə çıxarış ala bilmirlər - VİDEO
    Dünən, 21:12 | Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi
    Dünən, 21:10 | Azərbaycan kuboku: "Qaradağ" 12-0 qalib gəldi
    Dünən, 21:09 | Sabah bu rayonda qaz olmayacaq
    Dünən, 20:33 | Şok ittiham: Qətl törədən şagirdə ruhi xəstə olması ilə bağlı saxta sənəd düzəldilir? - Foto
    Dünən, 20:10 | 19 yaşında Şəhidlik zirvəsinə ucalan Əvəz Məmmədovun əziz xatirəsi ehtiramla anılıb
    Dünən, 18:09 | Paşinyan: "Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib"
    Dünən, 17:53 | Ermənistanın müdafiə naziri: "Saxlanılan Azərbaycan əsgəri diversant deyil"
    Dünən, 17:37 | Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.