Ağstafada “Şəhərsalma və Memarlıq İli” çərçivəsində atletika üzrə rayon turniri keçirilib
Turnirin açılış mərasimində Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının məsləhətçisi Pərviz Məmmədov və Ağstafa rayonu üzrə Gənclər və İdman Sektorunun müdiri Turan Hüseynov çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıblar. Azərbaycan Atletika Federasiyasının “Qaçış hər kəs üçün” komitəsinin sədri Namiq Əsədov yarış başlamazdan əvvəl idmançılara yarışın qaydaları və turnirin məqsədi barədə məlumat verib. Gərgin idman mübarizəsi şəraitində keçən rayon turnirində ümumilikdə 50 yeniyetmə iştirak edib. Qaliblər Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi və Azərbaycan Atletika Federasiyası tərəfindən hədiyyə, medal və diplomlarla təltif ediliblər.
Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Ağstafa rayonu üzrə Gənclər və İdman Sektorunun, Azərbaycan Atletika Federasiyasının, Ağstafa Rayon İcra Hakimiyyətinin və Ağstafa rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə Ağstafa şəhər Mərkəzi Stadionunda 2012–2013-cü il təvəllüdlü yeniyetmə oğlan və qızlar arasında atletika üzrə rayon turniri keçirilib. 





























