Mediaxeberleri.az
    
  • Şükufə Yusupovadan xəbər var
    Şükufə Yusupovadan xəbər var
  • 
  • Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
    Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
  • 
  • Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
    Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
  • 
  • Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
    Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
  • 
  • Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
    Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
  • 
  • Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
    Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
  • 
  • Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
    Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
  • 
  • Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
    Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
  • 
  • "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
    "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
  • 
  • Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
    Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
  • 
  • 300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
    300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
  • 
  • “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
    “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
  • 
  • Qızı Yaşar Nurini belə yad etdi - Foto
    Qızı Yaşar Nurini belə yad etdi - Foto
  • 
  • Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
    Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
  • 
  • Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
    Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
  • 
  • Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
    Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
  • 
  • “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
    “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
  • 
  • UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
    UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
  • 
  • Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
    Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
  • 
  • Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
    Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
  • 
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...

Son xəbərlər :
  • Soyuq silahlarınızı cibinizə qoyun, əfəndilər! - Akif Aşırlının YAZISI
  • "Hər şey Sizdən başladı, cənab General" - Polad Həşimovun xanımı
  • Şok statistika - Bir həftədə 10 mindən çox döyüşçü zərərsizləşdirildi
  • "Haber Global": "Türkiyə-Azərbaycan dostluğu sosial mediada tez-tez hədəfə alınır" - VİDEO
  • Türkiyəli alim Azərbaycanla bağlı paylaşımına görə ÜZR İSTƏDİ - FOTO
  • UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - VİDEO
  • Millətlər Liqası: Yığmamız Litva ilə üz-üzə
  • Ərdoğandan Azərbaycanla bağlı AÇIQLAMA
  • Rəsul Quliyevin qızı: “Prezident İlham Əliyev olmasaydı, bütöv Azərbaycan ola bilməzdik”
  • Bakıya gəlmək istəyən erməni tankları - VİDEO
  • Zelenski elan etdi: Cəbhənin bu istiqamətində uğurlar var
  • Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
  • "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
  • Qazaxda 27 Sentyabr - Anım Günündə igid Vətən oğullarının əziz xatirəsi ehtiramla anılıb
  • Azərbaycanla qardaşlığımız daim var olsun - Duran
  • İran ABŞ-ın daha bir sualtı qurğusunu ələ keçirdi
  • Ağstafada 27 sentyabr – Anım Gününün altıncı ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib
  • Hakan Fidan BƏƏ-yə gedir
  • 27 Sentyabr - Anım Günündə Ağstafa rayon Şəhidlər xiyabanı ziyarət olunub.
  • Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Türkiyə Azərbaycanı yenidən satmağa hazırlaşırsa, bizim də deməyə çox sözümüz var! - Taleh ŞAHSUVARLININ YAZISI

  • Tarix: Dünən, 21:45

Azərbaycanın başına gələn müsibətlərin bir çoxu Osmanlıdan qaynaqlanıb. Azərbaycan türklərinin müstəqil və güclü dövlət qurmaq əzmi ilə Osmanlı tarixən barışmaq istəməyib. Bunun qarşılığında Azərbaycandan Osmanlıya hər zaman qardaşlıq mesajları, tərəqqi təklifləri, türkçülük ideologiyası gedib. Şah İsmayılın Osmanlı sultanlarına yazdığı məktublar ortadadır. Mirzə Fətəli Axundovun İstanbula verdiyi əlifba islahatları barədə təkliflər danılmaz faktdır. Əli bəy Hüseynzadənin və Əhməd bəy Ağaoğlunun Osmanlıya apardığı türkçülük ideologiyası can verən bir orta çağ imperiyasının yerində Türkiyə Cümhuriyyəti qurulması ilə nəticələndi.

Lakin böyük məyusluqla deməyə məcburuq ki, eynilə Osmanlı kimi, Türkiyə Cümhuriyyəti də Azərbaycana qarşı səmimi münasibət bəsləməyib.

1918-ci ilin mayında müstəqilliyini elan etmək ərəfəsində olan Azərbaycana qarşı Osmanlının Batumdakı heyəti təzyiqlər göstərirdi. Gümrünü əldə saxlaya bilməyəcək Osmanlı dövləti İrəvanın Ermənistana güzəştə gedilməsində təkid edirdi. Bizim öz dəvətimizlə Gəncəyə gəlmiş Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin hərbi təsisatlar qurmaq iradəsinə qarşı çıxır, Milli Şuranın ləğvini tələb edir, əlaltı hökumət qurmağı planlaşdırırdı. Birinci Dünya Savaşında uduzan Osmanlı imzaladığı Mondros müqaviləsinə əsasən 1918-ci il noyabrın 16-da Bakını tərk etdi. Ölkəmizdə qalan Osmanlı zabitlərinin bir çoxu bolşeviklərin lehinə çalışdı. Mustafa Kamal Atatürk Vladimir Leninə məktub yazaraq Azərbaycanın müstəqilliyini bazarlığa çıxardı.

28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Cümhuriyyət liderlərinin bir çoxu Türkiyəyə üz tutdu. Azərbaycanın istiqlalını Rusiyaya peşkəş çəkməyə həvəslə razılaşmış Türkiyədə mühacir soydaşlarımız böyük çətinliklərlə qarşılaşdılar. Bəziləri hətta ölkədən qovuldu. Ən yüksək səviyyədə Əhməd bəy Ağaoğluya “sən bizim qoltuğumuza sığınmısan” deyə rişxənd etdilər.

Ötən əsrin sonlarında Azərbaycan yenidən dövlət müstəqilliyi qazandı. “Onlar şiədir” deyə Türkiyə Azərbaycanın müstəqilliyini tanımağa tərəddüd edirdi. 1992-ci ildə hakimiyyətə türkçülük və turançılıq ideologiyasının daşıyıcısı olan Əbülfəz Elçibəy gəlmişdi. Qarabağda savaş qızışdı. Kəlbəcər işğal olundu. Qos-qoca Türkiyə Ermənistanla sərhəddən İrəvana iki güllə atmaq bir yana qalsın, Azərbaycana Kəlbəcərdən mülki vətəndaşları çıxarmaq üçün helikopter belə vermədi. Bu hadisədən az sonra Azərbaycanda qiyam baş verdi, müstəqillik böyük risklərlə üzləşdi. Heydər Əliyev xalqın tələbi ilə Bakıya döndü. Min bir zəhmətlə Azərbaycanın dövlət müstəqilliyini xilas etmək üçün çalışdı. Qarşılığında Türkiyə Baş nazir səviyyəsində Heydər Əliyevi devirmək üçün xain planlara dəstək verdi.

Soruşmağı eyib bildik: Azərbaycanda dövlət çevrilişi həyata keçirmək istəyən Türkiyənin İrandan, Rusiyadan nə fərqi var?

Fətullah Gülən məktəbləri vasitəsi ilə Türkiyənin Azərbaycanda təhsilə və sekulyar düşüncəyə vurduğu zərbəni başqa heç kim vurmayıb. Harun Yəhyalar, “Süleymançılar”, “Mənzilçilər” ölkəmizdə tarixən formalaşmış dini balansı dəyişdirmək üçün əllərindən gələni əsirgəməyiblər. Çəkdikləri filmlərdə Azərbaycanın tarixi şəxsiyyətlərini daim aşağılayıblar. Türkiyədən Azərbaycana Rafət Əl Roman sayaq böyük sənətə dəxli olmayan müğənnilər gəlibsə, Azərbaycandan Türkiyəyə Emin Sabitoğlu kimi nəhənglər gedib. 70 ildə yetişdirdikləri bir Fazil Saydır, onu da məhkəmələrdə süründürürlər. Danışanda deyirlər ki, guya türk dünyasına modeldirlər. Süleyman şah türbəsi ordan-ora, burdan-bura daşınır. Bunun dərdini çəkmək əvəzinə, ərəbə, fələstinliyə canıyananlıq edirlər. Ərəblər Türkiyəni nə patron, nə də müsəlman kimi qəbul edirlər. Türkiyənin dindar elitası özlərini aldatmaqla məşğuldur. Paravozun qabağında nə qədər yüyürsələr də, xeyri yoxdur- Avropa Birliyində olduğu kimi, Ərəb Liqasında da onlara yer yoxdur!

Qarabağ münaqişəsinin meydana çıxmasında biz hər zaman erməniləri suçlamışıq və haqlıyıq. Ermənilərin arxasında dayanan ABŞ-ni, Rusiyanı, İranı, Avropanı da qınamışıq. Bunda da düzük. Ancaq ədəbimizə sığınıb heç zaman Türkiyənin üzünə vurmamışıq ki, bu bəlanı bizim başımıza açanlardan biri də elə sizsiniz. Biz Azərbaycanlılar 100 ildən çoxdur ki, həm də sizin qəhrinizi çəkirik. Cənubi Qafqazda erməni əhalinin çoxalmasının bir səbəbi də Osmanlıdır. Zəngəzuru və Qarabağı talan edən Andronik və quldurları məhz Osmanlı təbəələri idilər.

SSRİ-nin dağılmasından sonra Türkiyə Azərbaycana lazımi səviyyədə hərbi dəstək vermədi. Versəydi, Qarabağ işğal altına düşməyəcəkdi. Əvəzində, bağlı saxladığı sərhədi açmaq üçün daim fürsət gəzdilər. Azərbaycan bayrağı təhqir olundu. Türkiyənin sabiq prezidenti Abdulla Gül ermənilərlə futbol matçına baxmağa elə həvəslə getmişdi ki, sanki genosid ittihamlarına məruz qalan ölkənin rəhbəri o deyil. Bu yaxınlarda İsrail yanlış bir şəkildə, fəqət Türkiyədəki təbliğata əks həmlə olaraq “erməni soyqırımı” iddiasını gündəmə gətirdi. Qanlarının arasına yenə biz girdik, Ankaranı vəziyyətdən çıxartdıq. Bir ovuc Azərbaycanın Türkiyə iqtisadiyyatına qoyduğu sərmayənin həcmi o boyda Türkiyənin Azərbaycana yatırımından daha böyükdür.

“Borc dəftəri”ni açsaq, bizim üzümüz ağappaqdır!


Hrant Dinkin öldürülməsindən sonra “hepimiz ermeniyiz” deyə hayqıranlar, görünür, yüklərini təpədə hiss edirlər deyə Azərbaycana qarşı qarayaxma aparırlar. Bu kampaniya heç də təsadüfi sayıla bilməz. İki gündən bir eyni nəqarəti səsləndirirlər. AK trollar gah İranı, gah İsraili, gah Nazirlər Kabinetinin vahid məktəbli forması ilə bağlı qərarını bəhanə edib Bakıya öz aləmlərində meydan oxuyurlar. Mən, əlbəttə, Azərbaycan və Türkiyə arasındakı strateji münasibətlərin əhəmiyyətini dərk edir, eyni etnik kökə malik iki dövlət arasında münasibətlərin bu yerə çatmasına təəssüf edirəm. Bəli, biz qardaşıq. Amma iki müstəqil dövlət olaraq qardaşıq!

Sayğılı qardaşımız bilməlidir ki, əgər Ankarada kimlərsə Azərbaycanı yenidən satmağa hazırlaşırsa, bizim də deməyə çox sözümüz var!

Azərbaycana və Azərbaycanın dövlət başçısına qarşı tərbiyəsizlik edənlərə bir neçə cümlə bəribaşdan deyim.

Birincisi budur ki, bir az realist düşünün. Türkiyə dünya siyasəti və NATO üçün Soyuq Savaş zamanındakı qədər əhəmiyyətli dövlət deyil. Yeni dünya nizamının formalaşdığı dövrdə Türkiyənin əhəmiyyətini müəyyən edən əsas geopolitik amil Azərbaycandır. Azərbaycan müstəqillik qazanmasaydı, bu qədər rasional siyasət yürütməsəydi, Qarabağda qalibiyyət əldə etməsəydi, Türkiyə çoxdan bir neçə yerə parçalanmışdı. 21-ci əsrdə heç bir dövlət özünə qapanaraq yaşaya bilməz. Necə deyərlər, alacaq, verəcək dünyasıdır. Yaxşı münasibətlərə malik bütün dövlətlər arasında müxtəlif layihələr, qarşılıqlı dəstək mövcuddur. Ancaq heç bir dövlət bu qarşılıqlı faydalanmaya görə heç kimə minnət qoymur. Türkiyədə bəzi qüvvələr isə özünü elə aparır ki, guya bütün dünyanın onlara minnət borcu var. Bu qəbahətli yanaşma dərhal ortadan qaldırılmalıdır.

İkincisi, Azərbaycanı nə Orta Şərqin bataqlığına çəkə bilərsiniz, nə də orta çağın cəhalətinə. Azərbaycan müstəqil bir dövlət olaraq sekulyarlıq prinsiplərinə tam bağlıdır və öz tarixi ənənələrinə əsasən çağdaşlıq hədəfi ilə yürüyür. Azərbaycanın iç işlərinə müdaxilə etmək, cəmiyyətimizdə qütbləşmə yaratmaq cəhdləri qətiyyən qəbul ediləcək deyil. Türkiyənin bütün qonşuları içərisində yeganə normal münasibəti Azərbaycanladır. İndi bu münasibəti də korlamaq istəyənlər var və zənnimcə, Türkiyənin sekulyar dövlət ağlı bu barədə ciddi-ciddi düşünməlidir. Yox, Türkiyə İran, Səudiyyə Ərəbistanı, Əfqanistan olmaq istəyirsə, o da öz seçimidir. Azərbaycanın seçimi bəllidir- Azərbaycan olmaq!

Taleh ŞAHSUVARLI


Oxunub: 44
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 22:43 | Soyuq silahlarınızı cibinizə qoyun, əfəndilər! - Akif Aşırlının YAZISI
    Bu gün, 22:18 | "Hər şey Sizdən başladı, cənab General" - Polad Həşimovun xanımı
    Bu gün, 22:12 | Şok statistika - Bir həftədə 10 mindən çox döyüşçü zərərsizləşdirildi
    Bu gün, 21:57 | "Haber Global": "Türkiyə-Azərbaycan dostluğu sosial mediada tez-tez hədəfə alınır" - VİDEO
    Bu gün, 21:33 | Türkiyəli alim Azərbaycanla bağlı paylaşımına görə ÜZR İSTƏDİ - FOTO
    Bu gün, 18:54 | UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - VİDEO
    Bu gün, 17:52 | Millətlər Liqası: Yığmamız Litva ilə üz-üzə
    Bu gün, 17:50 | Ərdoğandan Azərbaycanla bağlı AÇIQLAMA
    Bu gün, 17:48 | Rəsul Quliyevin qızı: “Prezident İlham Əliyev olmasaydı, bütöv Azərbaycan ola bilməzdik”
    Bu gün, 17:24 | Bakıya gəlmək istəyən erməni tankları - VİDEO
    Bu gün, 16:47 | Zelenski elan etdi: Cəbhənin bu istiqamətində uğurlar var
    Bu gün, 16:45 | Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
    Bu gün, 16:40 | "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
    Bu gün, 15:56 | Qazaxda 27 Sentyabr - Anım Günündə igid Vətən oğullarının əziz xatirəsi ehtiramla anılıb
    Bu gün, 15:49 | Azərbaycanla qardaşlığımız daim var olsun - Duran
    Bu gün, 15:46 | İran ABŞ-ın daha bir sualtı qurğusunu ələ keçirdi
    Bu gün, 15:43 | Ağstafada 27 sentyabr – Anım Gününün altıncı ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib
    Bu gün, 15:37 | Hakan Fidan BƏƏ-yə gedir
    Bu gün, 15:18 | 27 Sentyabr - Anım Günündə Ağstafa rayon Şəhidlər xiyabanı ziyarət olunub.
    Bu gün, 12:54 | Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze
    Bu gün, 12:51 | Sabahın hava proqnozu açıqlandı
    Bu gün, 12:04 | Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi
    Bu gün, 11:20 | Bu iki ölkə Rusiyaya görə təxliyə planları hazırlayır
    Bu gün, 11:18 | Müdafiə naziri Zəfər abidəsini ziyarət etdi
    Bu gün, 10:53 | 27 Sentyabr - Anım Günü ilə əlaqədar dövlət və hökumət rəsmiləri Zəfər parkını ziyarət ediblər - FOTO
    Bu gün, 10:49 | Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub
    Bu gün, 10:19 | Qazaxda 27 Sentyabr - Anım Günü ərəfəsində Vətən müharibəsi şəhidləri məzarları başında anılıb
    Bu gün, 09:44 | Millimiz üçün ilk sınaq: Azərbaycan Litva ilə üz-üzə
    Bu gün, 09:42 | Vətən müharibəsinin birinci günü: Altı ərazi işğaldan azad edildi
    Bu gün, 09:40 | UEFA Millətlər Liqasında həyəcan davam edir: Avropada səkkiz maraqlı duel
    Bu gün, 09:27 | Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal üstünü bağladılar...
    Bu gün, 09:23 | Maryam Novruzi Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda moderatorluq edib - FOTO/VİDEO
    Bu gün, 09:17 | Ağsu aşırımında TƏHLÜKƏ: Torpaq sürüşməsi riski yenidən artdı - VİDEO
    Bu gün, 09:10 | Qazaxda Şəhidlər xiyabanı ziyarət olunub
    Bu gün, 09:03 | Bakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır - VİDEO
    Bu gün, 08:51 | Övladınız 11-17 yaşındadırsa, DİQQƏT: Dələduzlar məhz onları hədəf seçirlər
    Bu gün, 08:47 | İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
    Bu gün, 08:45 | ML: İspaniya İngiltərəni məğlub etdi
    Bu gün, 08:44 | Rusiyanın bu hava limanı bağlandı
    Bu gün, 08:42 | Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
    Bu gün, 00:10 | Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib
    Bu gün, 00:02 | Azərbaycanda Anım Günü qeyd olunur - VİDEO
    Bu gün, 00:00 | Vətən müharibəsinin başlamasından altı il ötür - VİDEO
    Dünən, 22:00 | Azərbaycanlı akrobatlar dünya çempionu oldular
    Dünən, 21:54 | Heç vaxt müflis olmayacaq BÜRCLƏR
    Dünən, 21:52 | Leysan, dolu və sulu qar yağacaq- XƏBƏRDARLIQ
    Dünən, 21:50 | Ağcabədidə ağır qəza: qardaşlar öldü, bir nəfər yaralandı
    Dünən, 21:49 | Xəzərdə 14 hərbçinin ölümü ilə bağlı təcili tapşırıq
    Dünən, 21:45 | Türkiyə Azərbaycanı yenidən satmağa hazırlaşırsa, bizim də deməyə çox sözümüz var! - Taleh ŞAHSUVARLININ YAZISI
    Dünən, 19:12 | Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.