Ağstafada fəhlələri daşıyan mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb - FOTO
Ağstafada yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Soyuqbulaq-Köçvəlili yolunda qeydə alınıb. "Ford" markalı mikroavtobus idarəetmədən çıxaraq ağaca çırpılıb, daha sonra yolun kənarına aşıb. Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, qəzaya düşənlər fəhlələr olub.
Oxunub: 33
Xəbəri paylaş
Paylaş:





















