Ruslar 10 ayın ən miqyaslı hücumuna başladı
Rusiya ordu qüvvələri Şərq cəbhəsinin bir neçə istiqamətində koordinasiyalı hücuma keçib. Bu, ən azı 2023-cü ilin yanvarından bəri Rusiyanın ən əhəmiyyətli hücum əməliyyatı olacaq. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb. Məlumata görə, Rusiya qoşunu Donetsk vilayətinin Avdeyevka şəhərinə doğru irəliləyir: “Ruslar bir neçə zirehli batalyonla şəhərə hücum edirlər. Hələ ki, Ukrayna Silahlı Qüvvələri indiyədək ağır texnika və şəxsi heyətlə xeyli itki verən rusların qarşısını ala bilib. Rusiyanın qısa müddətdə Avdeyevkanı ələ keçirməsi hələ də çətin görünür”.
Oxunub: 202
Xəbəri paylaş
Paylaş: