Süni intellekt dünya üçün təhlükədir - Türkdən xəbərdarlıq
Süni intellektin inkişafı bəşəriyyətin mövcudluğuna təhlükə yarada bilər. Mediaxeberleri.Az xəbər verir ki, bunu BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türk deyib. “Bu gün süni intellekt üzərində faktiki olaraq limitsiz güc bir neçə nəfərin əlində cəmləşib”, - o bildirib. Türk çox gec olmadan süni intellekt sahəsində beynəlxalq təhlükəsizlik qaydalarının təcili hazırlanmasına və “qırmızı xətlərin” müəyyənləşdirilməsinə çağırıb.
Oxunub: 30
Xəbəri paylaş
Paylaş:





















