Bakının 16 yolunda TIXAC
Bakının 16 yolunda tıxac yaranıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hazırda: 1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində; 2. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində; 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində; 4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 5. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 6. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində; 7. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində; 8. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində; 9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 10. Zərifə Əliyeva küçəsində; 11. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər; 12. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində; 13. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 14. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 15. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində; 16. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində sıxlıq müşahidə olunur.