Rusiya sülhməramlıları Qarabağda daha bir müşahidə məntəqəsini bağladı
Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti son 24 saat ərzində daha bir müşahidə məntəqəsini ləğv edib. Bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. “Qarabağda silahlı birləşmələrin tərk-silah edilməsi və buraxılması ilə əlaqədar sutka ərzində Rusiya Sülhməramlı Qüvvələrinin Əsgəran rayonu ərazisində daha bir müvəqqəti müşahidə məntəqəsi bağlanıb”, - deyə Rusiya Müdafiə Nazirliyinin yaydığı informasiya bülletenində bildirilib. Müdafiə Nazirliyindən əlavə edilib ki, sentyabrın 19-dan etibarən Rusiya sülhməramlılarının Qarabağ ərazisində ümumilikdə 8 müşahidə və 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb. Mənbə: mil.ru
Oxunub: 236
Xəbəri paylaş
Paylaş: