Putin Yaxın Şərq liderləri ilə regionu müzakirə etdi
Rusiya Prezidenti Vladimir Putin İran, Fələstin və Suriyadan olan həmkarları telefon danışığı aparıb. Bu barədə Kremlin məlumatında deyilir. “Bütün söhbətlər zamanı əsas diqqət kəskinləşən Fələstin-İsrail münaqişəsinə yönəlib. Mülki itkilərin sayının fəlakətli şəkildə artması və Qəzzada dərinləşən humanitar böhranla müşayiət olunan hərbi əməliyyatların genişmiqyaslı eskalasiyasından hədsiz narahatlıq ifadə olunub”, - məlumatda deyilir. Vurğulanır ki, liderlər bütün ehtiyacı olanlara yardım göstərmək üçün tezliklə atəşkəs və humanitar atəşkəsin yaradılmasının zəruriliyi ilə bağlı fikirlərini yekdilliklə bildiriblər. Qeyd edək ki, bundan öncə Kreml rəhbəri Misir prezidenti Əbdülfəttah Sisi ilə telefon danışığı aparmışdı.
Oxunub: 198
Xəbəri paylaş
Paylaş: