Cəlilabad rayon icra hakimiyəti ittihamlara cavab verdi və...
Cəlilabad rayon İcra Hakimiyyəti rayon ərazisində torpaq əkmək üçün haqqı olduğunu deyən şəhid və qazi ailələrinin iddialarına cavab verib. Məsələ ilə bağlı Cəlilabad rayon İcra Hakimiyyətinin cavabını təqdim edirik: Məlumat üçün bildiririk ki, hərbi xidmət əlili olan Bəxtiyar Qürbətova 2 hektar torpaq sahəsi verilmişdir və uzun müddətdir Bəxtiyar həmin torpaq sahəsini biçənək kimi istifadə edir. Hər iki vətəndaş əkinə yararlı torpaq sahəsi ilə təımin olunmaq istəyirlər, lakin Muğan kəndində bələdiyyənin ehtiyat fondunda əkinə yararlı torpaq sahəsi olmadığı üçün onalara icarəyə torpaq sahəsinin verilməsi mümkün olmamışdır. Hazırda aidiyyəti qurumlara göstəriş verilmişdir ki, Muğan kəndində bələdiyyənin ehtiyat fond torpaqlarında araşdırma aparılsın və qeyd olunan zəbtetmə halları müəyyənləşdirlərsə, həmin torpaq sahələri zəbtdən azad edilərək, Bəxtiyar və Sarvan kimi vətəndaşların icarəsinə verilsin.