Suqovuşan istirahət parkına nə qədər vəsait ayrılacaq?
Tərtər rayonunun Suqovuşan qəsəbəsindəki istirahət parkının ilkin olaraq müqavilə dəyəri 4 milyon manat təşkil edir. Mediaxeberleri.Az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bu məbləğə parkın hər iki mərhələdə inkişafı daxildir: “Buna həmçinin layihələndirmə işləri, layihə-smeta sənədlərinin hazırlanması daxildir”. Xatırladaq ki, Suqovuşan istirahət parkının təməli 2022-ci il martın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub.
Oxunub: 189
Xəbəri paylaş
Paylaş: