Bakıda mağazada başlayan yanğın evlərə keçib - FOTO
Bakıda mağazada başlayan yanğın evlərə keçib. Mediaxeberleri.Az "Report"a istinadən xəbər verir ki, hadisə 28 May küçəsində qeydə alınıb. Belə ki, obyektdə qeydə alınan alov qısa müddət sonra ətrafdakı evlərə keçib. Dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Digər mənzillərdə yaşayan sakinlər təxliyə ediliblər. Yanğın qısa müddətdə söndürülüb. Bir nəfər sakin tüstüdən zəhərlənib və hospitalizasiya olunub. Hadisənin başvermə səbəbləri araşdırılır.
Oxunub: 26
Xəbəri paylaş
Paylaş:











































