Tovuzda minik avtomobili yük maşınına çırpılıb: Xəsarət alan var - FOTO
Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər xəsarət alıb. Mediaxeberleri.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Azaflı kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-2107 markalı minik avtomobili yük maşınına arxadan çırpılıb. Qəza nəticəsində minik avtomobilinin sürücüsü, 1991-ci il təvəllüdlü S.Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya çatdırılıb. Həkimlərin bildirdiyinə görə, onun vəziyyəti orta ağır qiymətləndirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 24
Xəbəri paylaş
Paylaş:































