Hakim "Turan Tovuz"a qarşı səhv qərar verib! - AFFA rəsmisi açıqladı + Video
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının 5-ci turunda qeydə alınan mübahisəli epizodlarla bağlı fikirlərini bildirib. Mediaxeberleri.Az xəbər verir ki, o, "Kəpəz" - "Qəbələ" və "Araz-Naxçıvan" - "Turan Tovuz" görüşlərindəki məqamları dəyərləndirib. R.Həsənov "Turan Tovuz"un qapısına 86-cı dəqiqədə təyin edilən və qolla nəticələnən penalti epizodu zamanı baş hakim Elçin Məsiyevin səhvə yol verdiyini etiraf edib. Referinin VAR-a baxdıqda sonra penalti qərarını ləğv etməli olduğu bildirilib. Rəhim Həsənovun epizodları təhlil etdiyi həmin videonu təqdim edirik:
Oxunub: 11
Xəbəri paylaş
Paylaş:





















