Rövnəq Abdullayevin xoşuna gəldi, göstəriş verdi ki…
Azərbaycan yığması AVRO-2024-ün seçmə mərhələsində ilk qələbəsni Estoniyada qazandı. Yerli komandanın qonağı olan millilərimiz 3 xalı iki cavabsız qolla əldə etdi. Toral Bayramov və Ramil Şeydayev elə ilk hissədə matçın müqəddəratını müəyyənləşdirdi. Nəticə və sərgilənən oyun AFFA prezidenti Rövnəq Abdullayevin ürəyincə olub. Federasiya başçısı səfərə çıxmasa da, futbolçuları ikiqat mükafatlandırmaqla bağlı göstəriş verib. Odur ki, əsas heyətdə meydana çıxanların hər birinin 30 min manat irəli düşməsi gözlənilir. Məbləğin hamısını AFFA ödəməyəcək. Bir hissəsi qurumun, bir hissəsi də Abdullayevin öz büdcəsindən ayrılacaq./ Sportinfo.az
Fotoları təqdim edirik:
Oxunub: 311
Xəbəri paylaş
Paylaş: