Qəzzaya hücum: ÇAXAL-ın bu briqadası əmr gözləyir
İsrail ordusunun “Givati” briqadası Qəzza zolağına havadan, qurudan və dənizdən hücum etmək əmrini gözləyir. Mediaxeberleri.Az xəbər verir ki, bunu “Givati” briqadasının yanında olan “Skay Nyus”un redaktoru Debora Heyns deyib. “Bu, döyüş qabiliyyətli briqadadır. Onlar əmr gələcəyi təqdirdə Qəzzaya getməyə hazırdırlar”, - Heyns bildirib. Onun sözlərinə görə, briqadada HƏMAS-ın oktyabrın 7-də hücumundan sonra çağırılan çoxlu ehtiyatda olan hərbçi var.
Oxunub: 203
Xəbəri paylaş
Paylaş: