Ağdərədə qəzada ər-arvad həyatını itirdi
Ağdərə rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Qəza gecə saatlarında Həsənriz-Umudlu yolunda qeydə alınıb. Avtomobilin aşması nəticəsində Kəlbəcər rayon sakinləri - N. Əsgərov və həyat yoldaşı K. Əsgərova həyatını itirib. Avtomobildə olan digər Kəlbəcər sakini M. İsmayılova xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.APA
Oxunub: 20
Xəbəri paylaş
Paylaş:





















