Komandamız Rusiyada keçirilən Beynəlxalq turnirdə 13 medal qazandı
13-15 oktyabr 2023-cü il tarixlərində Rusiya Federasiyasının Rostov-na-Donu şəhərində “Avrasiya Kuboku 2023” döyüş sənətləri üzrə Beynəlxalq festival-turniri keçirilib. Mediaxeberleri.Az-ın məlumatına görə, turnirdə iştirak edən Azərbaycan Şorinciryu Kenkokan Karate-do Koşiki Karate Federasiyası komandası ümumilikdə 6 qızıl, 3 gümüş, 4 bürünc medal qazanıblar. 10-11 yaş uşaqlar arasında keçirilən yarışda Fuad Salayev 3-cü yer, 12 yaşlı Xanhısən Feyziyev isə birinci yeri tutub. 16-17 yaş yeniyetmələr arasında keçirilən yarışda isə Eyvazxan Məlikov 3-cü yeri tutub. 12-13 yaş qızlar arasında keçirilən turnirdə isə Zeynəb Mövsümzadə 1-ci yeri tutub. 18 yaşdan yuxarı qadınlar arasında keçirilən turnirdə birinci yerin sahibi isə Sevinc Mövsümzadə olub. Veteranlar arasında keçirilən yarışın qalibi isə Nazim Mövsümzadədir. Kumite (Oğlanlar) nəticələri: MirRauf Əlizadə (12-13) +50kq - 2-ci yer, Musa Əkbərli (14-15 ) -50 kq - 3-cü yer, Kənan İsmayılzadə (16-17) - 65 kq - 3-cü yer, Eyvazxan Məlikov (16-17) - 75 kq - 2-ci yer. Qızlar: Zeynəb Mövsümzadə (12-13) - 45 kq - 1-ci yer, Mövsümzadə Fatimə (14-15) - 50 kq - 2-ci yer, Sevinc Mövsümzadə (+18) - 55 kq - 1-ci yer.