Toy etmək istəyənlər üçün vacib xəbər: Məhərrəm və səfər ayları bu tarixdə bitir
Məhərrəm ayının bitməsinə 10 gün qalır. İlahiyyatçı alim, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul əməkdaşı Samid Quliyev Pravda.az-a açıqlamasında bildirib ki, məhərrəm ayı iyulun 14-də bitəcək. O bildirib ki, səfər ayı iyulun 15-də başlayacaq, avqustun 13-də isə başa çatacaq. Qeyd edək ki, məhərrəm və səfər aylarında toy və digər əyləncə məclisləri təşkil etməyən insanlar avqustun 14-dən toy edə biləcəklər.
Oxunub: 38
Xəbəri paylaş
Paylaş:





















