"İlham Əliyev müasir Azərbaycanın tarixini yazdı" - Gürcü ekspert
"İlham Əliyev müasir Azərbaycanın tarixini yazdı. Onun hakimiyyəti dövründə Azərbaycan nəinki regionun, hətta dünyanın ən inkişaf etmiş dövlətlərindən birinə çevrildi". Bu fikirləri "Report"un yerli bürosuna gürcü ekspert Giorgi Goqua deyib. "Hakimiyyət ağıllı, uzaqgörən və sülhsevər liderdə olanda Azərbaycan kimi qüdrətli, güclü və nümunəvi dövlət ortaya çıxır. Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan böyük inkişaf mərhələsini keçib. Bu uğurları saydıqca bitməz. Onun əldə etdiyi uğurlar tarix kitablarına yazılacaq", - politoloq bildirib.
Oxunub: 302
Xəbəri paylaş
Paylaş: