Mediaxeberleri.az
    
  • Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
    Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
  • 
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
    İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
  • 
  • Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
    Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
  • 
  • Uzun illər sonra efirə qayıdır
    Uzun illər sonra efirə qayıdır
  • 
  • I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
  • 
  • MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
    MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
  • 
  • Dövlətçilik tariximizin şanlı salnaməsi
    Dövlətçilik tariximizin şanlı salnaməsi
  • 
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
    Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
  • 
  • Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
    Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
  • 
  • Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
    Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
  • 
  • Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
    Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
  • 
  • Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
    Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI

Son xəbərlər :
  • Rusiya Trampla razılaşmadan 7 milyard dollar qazanacaq
  • Maşını elektrik dirəyinə çırpan sürücünü tok vurub öldürdü
  • Dünya çempionatı: Millimiz Avstriyaya qalib gəldi
  • Ukrayna “Yandeks”in daha bir data mərkəzini vurdu
  • Ramzan Kadırovun Azərbaycana səfəri ilə bağlı videoicmal
  • "Biri varlı geyinir, biri kasıb, vahid forma olmalıdır" - Sakinlər nə düşünürlər? - Video
  • Qazaxda ilk dəfə bədii gimnastika üzrə "Grace of Nature" adlı turnir keçirilir
  • Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir - Niyə?
  • İsmayıllıda ev və köməkçi tikili yandı
  • Repetitorlar çətin sınaq qarşısında
  • Prezident 7 rayonun icra başçısı ilə bağlı sərəncam İMZALADI
  • Bu rayonlara qar yağıb - Hava məlumatı
  • Birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi
  • Gürcüstanla bağlı bu komissiyanın yeni tərkibi - Sərəncam
  • İlham Əliyev fərman imzaladı
  • Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?
  • "Qarabağ"ın hücumçusu “Olimpiakos”un düşərgəsində
  • Tovuzda ildırım yaşayış binasına düşdü - Foto
  • "Neftçi" "Sabah"la heç-heçə etdi, "Kəpəz" "Araz-Naxçıvan"a qalib gəldi
  • “Qarabağ” ordenli Vətən müharibəsi şəhidi baş leytenant Nəbi Hüseynov ildönümündə ehtiramla yad edilib
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Dağıstana nə çox getdi bu Həmzətoğlu?! - Azərbaycan onun xəyanətini bağışladı, çünki...

  • Tarix: 15-10-2023, 11:39

Muştuluqçu xəbərlər də düşməyir atdan,

Çapır bizim dərələrə, dağlara doğru:

“Rəsul gəlib Dağıstandan...”

Dillənir atam:

- Dağıstana nə çox gedir bu Həmzətoğlu!

Eyniləşir dağ vüqarı,

Dağlı vüqarı;

Bir qocanın dediyini hələ dinlə bir:

“Balam - deyir - Yer üzünün uca dağları

Elə bizim bu dağlardan köçüb getmədir”.

Dünən gözəl qar ələndi şəhərimizə,

Dedilər ki,

bu töhfədə

Rəsul əli var...

Gülə-gülə söylədi ki, Süleyman Rüstəm:

“Dağıstana yağar ancaq bu ağlıqda qar...”

Bu dağlarda hər çay igid,

hər bulaq gəlin;

Hər şey olar - çay olanda,

bulaq olanda.

Yağışına, buluduna bərəkət gəlir --

Təbiətə şair oğlu qonaq olanda.

Məmməd Araz bu şeiri 40 yaşı olanda avar sovet şairi Rəsul Həmzətovun 50 illiyinə həsr etmişdi.

Məmməd Araz istiqlal şairimizdir. Müstəqillik dövründə xalq şairi adı almış ilk iki ədiblərimizdən biriydi. Bu təltif haqqıydı, şeirləri bütöv bir vətənpərvər nəslin yetişməsi üçün məktəb olmuşdu. Amma yalnız bu deyildi. "Kəndlə şəhər arasında qalan"ların, son pənahı öz zəhməti olanların, "sağın boş, solun boş" tənəsinə tuş gələnlərin, .... bir sözlə, 7-77-yə hamının şairi idi. Şeirləri ilə dərdləşirdik, ovunurduq, təsəlli tapırdıq, o şeirləri sufi zikri kimi vird edirdik. Çünki o şeirlərin "ürəyimsiz şeir yazan deyiləm" birinin səmimi duyğuları olduğuna inanmışdıq.

Yalnız belə səmimi şəxsiyyət qonşu xalqın böyük oğlu haqda bu qədər içdən, bu qədər munis kəlmələr yaza bilərdi.

Rəsul Həmzətov da Sovet İttifaqının digər respublikalarından daha çox Azərbaycanda sevilirdi, yalnız rus sovet estradasının bir zamanlar sevdiymiz mahnılarının söz müəllifi deyildi, həm də Azərbaycan müğənnilərinin ana dilimizdə oxuduğu sevilən mahnıların söz müəllifi idi. “Əziz dostum” mahnısının söz müəllifinin Həmzətov olduğunu yada salmaq bizdə onun nə qədər sevilən müəllif olduğunu sübut edər yəqin. Azərbaycan vasitəsilə onu Türkiyədə də tanıyır və sevirdilər. Həm də ona görə sevirdik ki, onu “sabah mənim avar dilim yox olarsa, onda mən bu gün ölməyə hazıram” “deyən, “Mənim Dağıstanım” adlı vətənpərvər bir əsərin müəllifi kimi bilirdik. O illər sovet Şərqinin istənilən yerində milli hərəkata rəğbət bəsləyirdik. Amma...

Amma o zaman Rəsulun “Mənim Dağıstanım”, “mənim dilim” təbliğatının altında bizə qarşı bir iddialar olduğunu bilməzdik.

Hələ 1920-ci illərdə ağ qvardiyaçılara qoşulub Avropaya mühacirət etmiş knyaz Trubetskoy korenazasiya (milli dillərin, mədəniyyətlərin inkişafına yardım) proqramının “yanlış getməsinə” görə bolşevikləri tənqid edirdi. O, Dağıstanda məktəblərdə, mətbuatda Azərbaycan dilinin hakim mövqedə olmasına xüsusi etiraz edirdi. “Dağıstanın belə türkləşməsi Rusiyanın marağında deyil, Dağıstan türkləşərsə, Qazandan Anadoluya və Şimali İranadək türk kütləsi əmələ gələr, ruosfob və pantürksit ideyalarn inkişafı üçün münbit şərait yaranar. Dağıstan Avrasiyanın bu hissəsinin türkləşməsinə təbii maneə kimi istifadə edilməli, avar ədəbiyyatının və mətbuatının inkişafı təşviq edilməli, bu dil sadalanan rayonların bütün aşağı yaş məktəblərində icbari fənn kimi tətbiq edilməlididr”-Trubetskoy belə yazırdı. Və tövsiyə nəzərə alındı. Çoxsaylı ikidilli icmalar, o cümlədən bəzən, türk (azərbaycan və qumuq) ləzgi və lakdilli icmalar, az qala bütöv dil ailəsinin çoxsaylı kiçik etnosları avarların tərkibində göstərilirdi. Avar dilinin Dağıstanda hakim dilə çevirmə təşəbbüslərində Sadasa ailəsinə nədənsə xüsusi rol ayrılmışdı. Əvvəl Həmzət Sadasa, sonra oğlu Rəsul Həmzətov bu missiyanı uğurla yerinə yetirdilər.

İnsafən, oğul atadan daha istedadlı idi. Dövrə uyğunlaşmaq qabiliyyəti isə heyrətamiz idi. Stalindən Qorbaçova qədər bütün sovet rəhbərlərinin sevimlisi olmaq, həm Xruşov “yumşalmaları”, həm Qorbaçov “yenidənqurması” zamanı qəhrəman kimi görünmək asan iş deyildi. Amma onun dövrə uyğunlaşma qabiliyyətinin bir fəsadı bizə qarşı idi.

1989-cu ildə gözlənilmədən bizə ərazi iddiası səsləndirənlərin cərgəsində yer aldı. Bu, Azərbaycanda az qala doğma adamın xəyanət kimi qarşılanmışdı. Xalq yazıçısı İsmayıl Şıxlının cavab çıxışı da olmuş, Həmzətovu əlində çömçə Azərbaycan qazanının başında durub bir iki kənd payı ummaqda suçlamışdı. Çıxış qeyri-formal nəşrlərdə dərc olunmuş, əl -əl dolaşmışdı.

Zaqatalalı dostlardan biri danışırdı ki, o illər hər ov mövsümü gələndə Həmzətov Azərbaycana adlar, burda qaban ovuna gedərmiş. Yenə də gəlmək istədiyini eşitdirəndə, sonralar deputat olacaq avar balası Əli Ansuxski xəbər göndərir ki, gəlsə, qaban əvəzinə... Gerçək əhvalat, ya o illərin şayiələrindən biri olub-olmadığını bilmirəm.

Amma biz onu bağışladıq. Avar xalqına, Dağıstan xalqlarına hörmətimizə görə. Müstəqil Azərbaycana da gəldi, onun və atasının taleyində xüsusi rol oynamış azərbaycanlılar haqda xoş sözlər də söylədi. O coğrafiya, o xalqlar bizim tarixin, bizim mədəniyyətin davamı, bir parçasıdır. Biz böyük olmağı bacarırıq.

İndi Məmməd Arazın 90, Rəsul Həmzətovun 100 illiyidir. Fərq qoymadan hər ikisinin yubileylərin qeyd edirik. Həmzətovun “sabah avar dilim yox olarsa” qorxusunu qardaş, doğma avar xalqı ilə bərabər bölüşürük. “Həmzətoğlu”nu Dağıstana tez- tez getmiş doğmamız bilirik. Fəqət dilimizdən Məmməd Arazın duası da əskik olmur:

Sən bizi kiçiklər kinindən qoru,

Fil tutur, şir tutur hörümçək toru...


Oxunub: 412
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 12:07 | Rusiya Trampla razılaşmadan 7 milyard dollar qazanacaq
    Bu gün, 12:04 | Maşını elektrik dirəyinə çırpan sürücünü tok vurub öldürdü
    Bu gün, 12:02 | Dünya çempionatı: Millimiz Avstriyaya qalib gəldi
    Bu gün, 12:00 | Ukrayna “Yandeks”in daha bir data mərkəzini vurdu
    Bu gün, 00:00 | Ramzan Kadırovun Azərbaycana səfəri ilə bağlı videoicmal
    Dünən, 23:32 | "Biri varlı geyinir, biri kasıb, vahid forma olmalıdır" - Sakinlər nə düşünürlər? - Video
    Dünən, 16:56 | Qazaxda ilk dəfə bədii gimnastika üzrə "Grace of Nature" adlı turnir keçirilir
    Dünən, 13:04 | Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir - Niyə?
    Dünən, 13:02 | İsmayıllıda ev və köməkçi tikili yandı
    Dünən, 11:40 | Repetitorlar çətin sınaq qarşısında
    Dünən, 11:29 | Prezident 7 rayonun icra başçısı ilə bağlı sərəncam İMZALADI
    Dünən, 11:15 | Bu rayonlara qar yağıb - Hava məlumatı
    Dünən, 11:14 | Birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi
    Dünən, 11:06 | Gürcüstanla bağlı bu komissiyanın yeni tərkibi - Sərəncam
    Dünən, 11:05 | İlham Əliyev fərman imzaladı
    Dünən, 07:33 | Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?
    Dünən, 07:31 | "Qarabağ"ın hücumçusu “Olimpiakos”un düşərgəsində
    9-10-2026, 21:54 | Tovuzda ildırım yaşayış binasına düşdü - Foto
    9-10-2026, 21:27 | "Neftçi" "Sabah"la heç-heçə etdi, "Kəpəz" "Araz-Naxçıvan"a qalib gəldi
    9-10-2026, 20:20 | “Qarabağ” ordenli Vətən müharibəsi şəhidi baş leytenant Nəbi Hüseynov ildönümündə ehtiramla yad edilib
    9-10-2026, 20:14 | Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - RƏSMİ
    9-10-2026, 20:06 | Qida zəhərlənmələrinin böyük qismi ev şəraitində gigiyena tələblərinə uyğun hazırlanmayan konservlərdir - RƏSMİ
    9-10-2026, 18:42 | Ağstafada vətəndaşların növbəti səyyar qəbulu keçirilib
    9-10-2026, 18:34 | Qazaxda Vətən müharibəsi şəhidi əsgər Anar Vəliyevin əziz xatirəsi ehtiramla anılıb
    9-10-2026, 16:33 | Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
    9-10-2026, 15:40 | PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    9-10-2026, 12:59 | Lukaşenko Moldovanın MDB-dən çıxmaq qərarını tənqid etdi
    9-10-2026, 12:57 | Azad edilmiş ərazilərdə güzəşt tətbiq edilən yeni istehsal və sənaye sahələri məlum oldu - Foto
    9-10-2026, 12:16 | Söhbət sağ qalmaqdan gedir – Kliçko Kiyev sakinlərinə müraciət etdi
    9-10-2026, 12:01 | Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı
    9-10-2026, 11:56 | Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    9-10-2026, 11:52 | DİM-DƏ KADR DƏYİŞİKLİYİ - Abbaszadə əmr imzalayıb + FOTO
    9-10-2026, 11:49 | Çindən ABŞ-yə kimi 28-dən çox ölkənin rəsmiləri Bakıya gəlir
    9-10-2026, 11:42 | Məşhur görəndə özünü itirmək xəstəlikdir? - Bir FOTOnun min hoqqası
    9-10-2026, 11:39 | Yasamal rayonunda şəhidlərin anım mərasimi keçirildi
    9-10-2026, 11:37 | Azərbaycanın strateji valyuta ehtiyatları 89 milyard dolları keçdi
    9-10-2026, 11:35 | Bu gün Azərbaycan kubokunda I mərhələ başa çatır - TƏQVİM
    9-10-2026, 11:29 | “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    9-10-2026, 11:26 | Noyabrda neçə gün iş olmayacaq? - TƏQVİM
    9-10-2026, 11:22 | ADY-nin ən çox sərnişin gedən 5 stansiyası açıqlandı
    9-10-2026, 11:19 | Qaradağda əsgərləri daşıyan avtobus aşdı
    9-10-2026, 11:06 | Azərbaycan 2028-ci ildə MDB-yə sədrlik etməyə hazırdır - Prezident
    9-10-2026, 10:58 | Paşinyan Azərbaycan mahnısı ilə videosunu paylaşdı – "Sizi sevirəm"
    9-10-2026, 10:55 | 6 yaşlı uşağı döyən müəllim saxlanıldı
    9-10-2026, 10:54 | “Azərsun“ məşhur şirkəti özünə birləşdirdi
    9-10-2026, 10:26 | “TikTok”da “Daşqın əmlak ofisi” vətəndaşları necə aldadıb?
    9-10-2026, 10:19 | C5-DƏN C6-YA TARİXİ KEÇİD... - Azərbaycanın Mərkəzi Asiya həmləsi
    9-10-2026, 10:12 | VALIDEYNLƏR TƏDRISƏ CƏLB EDILSƏ NƏ BAŞ VERƏR?
    9-10-2026, 10:03 | AFFA UEFA-nın qərarına qarşı çıxıb
    9-10-2026, 09:55 | Elvin Mahmudzadə həbs edildi
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.