Azərbaycanda zəlzələ oldu
Azərbaycanda zəlzələ olub. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 06:01-də Lənkəran stansiyasından 23 km qərbdə, Lerik rayonunda 3,6 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 19 kilometr dərinlikdə yerləşib. Təbii hadisə hiss olunmayıb. Qeyd edək ki, oktyabrın 12-də Lənkəranda da yerli vaxtla 19:54-də 3,2 maqnitudada, dərinliyi 9 km olan zəlzələ qeydə alınıb.
Oxunub: 301
Xəbəri paylaş
Paylaş: