“Sədərək Yusif” məhkəməyə verildi – 300 min manatlıq qalmaqal
"Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimfəyli məhkəməyə verilib.
Mediaxeberleri.AZ Qaynarinfo-ya istinadla xəbər verir ki, iddiaçı Nəcəfov Arazxan Ponu oğludur. Arazxan Nəcəfov Yusif Qədimbəyli ilə yanaşı, qardaşları Yunis Qıdimbəyli və Ənvər Qədimov barəsində iddia qaldırıb. O, həmçinin "Sədərək” firmasını də məhkəməyə verib.
İddiaya Nəsimi Rayon Məhkəməsində baxılacaq. Anar İbadzadə iş üzrə hakim təyin edilib. Məhkəmə prosesinin vaxti barədə açıq mənbələrdə məlumat yoxdur. İşin mahiyyəti də bəlli deyil.
Araşdrımalarımız zamanı məlum olub ki, Arazxan Nəcəfov 20 il "Sədərək” Ticarət Mərkəzində icarədar olub. O, məcburi köçkün, eyni zamanda Qarabağ veteranıdır. Devalvasiya zamanı onun biznesi dayanıb və Ticarət Mərkəzinə 30 min manat borcu yaranıb.
2016
-cı ildə Yusif Qədimbəylinin adamları onun Ticarət Mərkəzindəki mağazasını qapadıb. Mağaza bağlanan zaman Arazxan Nəcəfovun orada 300 min manat dəyərində malı olub.
Yusif Qədimbəylinin adamları həmin malı da ələ keçiriblər.
Arazxan Nəcəfov onlardan malını geri istəsə də xeyri olmayıb. Bu baxımdan, o məhkəməyə üz tutub.