Putin Əliyevə Vardanyan haqda nəsə deyib? - Peskov açıqladı
Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev görüşün ictimai hissəsində Ruben Vardanyanla bağlı məsələni müzakirə etməyiblər. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. Peskov liderlərin söhbətinin uzun çəkdiyini də bildirib. “Xeyr, söhbətin bir hissəsi kifayət qədər uzun oldu və orada nədən söhbət getdiyini bilmirəm”, - Peskov müvafiq sualı cavablandırarkən deyib.
Oxunub: 302
Xəbəri paylaş
Paylaş: