Mənzillərə istilik vaxtından əvvəl verilə bilərmi? - RƏSMİ CAVAB
Havaların soyuması payız-qış mövsümünə hazırlıqlara daha erkən başlanılmasını labüd edir.
Maraqlıdır, mənzillərə istilik vaxtından əvvəl verilə bilərmi? Bununla bağlı hansısa müzakirələr aparılırmı? Mediaxeberleri.Az-ın məlumatına görə, “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı Cebhe.info-ya açıqlamasında bildirib ki, bu il istiliyin daha erkən verilməsi planlaşdırılmır:
"Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 303 N-li 5 sentyabr 2023-cü il tarixli İstilik Enerjisindən İstifadə Qaydalarına əsasən, ölkənin bəzi dağ rayonlarında istilik mövsümü noyabrın 1-də başlayır və mayın 1-də başa çatır".
İkinci suala gəlincə, Elvin Basqallı qeyd edib ki, “Azəristiliktəchizat” ASC-nin fəaliyyətinin səmərəliliyinin artırılması, gəlir və xərclərinin optimallaşdırılması, istilik və isti su təchizatı xidmətlərinin sayğaclaşdırılması, istilik təchizatı sistemlərinin bərpası və dayanıqlı istiliklə istiliklə təmin edilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən, Energetika Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, İqtisadiyyat Nazirliyi və “Azəristiliktəchizat” ASC-ə Azərbaycan Respublikasının iqlim xüsusiyyətləri nəzərə alınmaqla istilik mövsümünün başlaması və bitməsi ilə bağlı təkliflərin hazırlanmasına dair tapşırıqlar verib və hazırda qeyd olunan qurumlar tərəfindən işlər aparılır.