Ağartı məhsullarına təlabat artır, nələrə diqqət etmək lazımdır? VİDEO
Havalar soyuduqca ağartı məhsullarına təlabat artır. Kimisi bu məhsulu bazardan, kimisi də dükandan alir. Bəs bu məhlulları alarkən nələrə diqqət etmək lazımdır? Mediaxeberleri.Az Xezerxeber.az-a istinadən bildirir ki, alıcılar açıq şəkildə bazarda satılan ağartı məhsullarını aldıqlarını və hələ ki, ciddi problemlə rastlaşmadıqlarını deyirlər. Bazarlarda ağartı məhsulları satanlar bildirirlər ki, illərdir bu işlə məşğul olurlar və hələ ki, heç kəs məhsulun keyfiyyəti ilə bağlı şikayət etməyib. Çünki bazarlarda satılan ağartı məhsulları nəzarətdə saxlanılır. Qida Təhlükəsizliyi Agentliyi istehlakçılara bazarlarda açıq şəkildə satılan ağartı məhsullarını alarkən diqqətli olmağa çağırıb. Agentliyin sektor müdiri İlkin Kərimovun sözlərinə görə, ağartı məhsulları xüsusi qaydada hazırlanmalı və onların saxlanılmasına diqqət edilməlidir. O qeyd edib ki, bir neçə gün əvvəl həm paytaxt, həm də bölgələrdə bir neçə süd istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Sahibkar barəsində də inzibati protokol tərtib edilib. Agentliyin apardığı bu monitorinqlər zamanı aşkarlanan uyğunsuzluqlar müxtəlifdir. Qida Təhlükəsizliyi Agentliyinin rəsmisi vurğulayıb ki, açıq şəraitdə satılan süd məhsulları insan orqanizmində müxtəlif xəstəliklərə səbəb ola bilər. Ona görə də, bu məhsulları alarkən qablaşdırmasına diqqət etmək lazımdır. Mağazalarda satılan süd məhsullarının isə qablaşdırılmış paketləri zədəsiz olmalı, məhsulların yararlılıq müddəti paketin üzərində əks olunmalıdır. Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: