Yağış yağacaq, dolu düşəcək, sel keçəcək - XƏBƏRDARLIQ
Azərbaycanın rayonlarında mayın 3-ü gündüzdən 4-ü gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Oxunub: 42
Xəbəri paylaş
Paylaş:





















