Bu yerli meyvə 160 manata satılır... - Yaxın günlərdə 5-6 manata olacaq
Bazarlarda yerli gilas artıq satışa çıxarılsa da, qiymətlər alıcıları ciddi şəkildə təəccübləndirib. Mediaxeberleri.Az xəbər verir ki, hazırda gilasın kilosu keyfiyyətindən və ölçüsündən asılı olaraq 80 manatdan başlayaraq 160 manata qədər yüksəlir. Məhsulun qiymətinin bu qədər yüksək olması mövsümdən əvvəl istixana şəraitində yetişdirilməsi ilə əlaqələndirilir və bu üsulun daha çox xərc tələb etdiyi bildirilir. Qeyd edək ki, gilas əsasən Şəmkir bölgəsindən gətirilir və iri, daha keyfiyyətli növlər bazarda daha baha qiymətə təklif olunur. Hazırda satışda olan gilasın cəmi 10–15 gündür bazarlarda satışa çıxdığı deyilir. Həmçinin qeyd olunur ki, açıq sahədə yetişən gilas bazara çıxdıqdan sonra – təxminən 15–20 gün ərzində qiymətlər kəskin şəkildə enəcək və 5–6 manata qədər ucuzlaşacaq. Buna görə də bir çox alıcılar mövsümün tam başlamasını gözləməyi üstün tutur.





















