Vüsal Aslanov yeni rəis təyin etdi - Foto
Bakı Metropoliteni QSC-də kadr dəyişikliyi olub. Mediaxeberleri.Az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı QSC-nin sədri Vüsal Aslanov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Toğrul Əliyev QSC-nin Mərkəzləşdirilmiş dispetçer xidmətinin rəisi təyin edilib. Məlumat Bakı Metropoliteni QSC-dən təsdiqlənib. Qeyd edək ki, T.Əliyev bu təyinatadək QSC-nin Hərəkət xidmətinin rəis müavini vəzifəsində çalışıb. O, bu ilin yanvarınadək isə Azərbaycan Dəmir Yolları QSC-də Yük əməliyyatları xidmətinin rəisi vəzifəsində işləyib.
Oxunub: 62
Xəbəri paylaş
Paylaş:





















