Yüksək vəzifə verilən Natiq İbrahimov kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Natiq Səhrab oğlu İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib. Mediaxeberleri.Az N.İbrahimovla bağlı məlumatları təqdim edir: N.İbrahimov 1953-cü il 28 mart tarixində Qəbələ rayonu Mıxılqovaq kəndində anadan olub. 1972–1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Mexanika-riyaziyyat fakültəsində təhsil alıb. 1979–1982-ci illərdə Universitetin nəzdində Hesablama mərkəzində riyaziyyatçı-proqramist vəzifəsində çalışıb. 1982–1985-ci illərdə fakültənin Tətbiqi riyaziyyat fakültəsinin hesablama laboratoriyasında riyaziyyatçı-proqramçı işləyib. 1985–1992-ci illərdə fakültənin Tədris laboratoriyasının müdiri, eyni zamanda kafedranın müəllimi olub. 1993-cü ildən Azərbaycan Respublikası Təhsil Nazirliyində aparıcı inspektor, aparıcı məsləhətçi və baş məsləhətçi vəzifələrində çalışıb. 2014-cü ildən Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini vəzifəsində işləyib. 2016-cı il may ayından Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edirdi. 1997-ci ildən Fizika-riyaziyyat elmləri namizədi, 2015-ci ildən Riyaziyyat üzrə elmlər doktoru, professor elmi adlarını alıb. Bir monoqrafiya, 2 dərs vəsaiti və bir neçə proqramın müəllifidir. 4 nəfər doktorantın elmi rəhbəridir.





















