Payızda referendum keçiriləcək? - AÇIQLAMA
Son günlər Baş nazir Əli Əsədovun biznesi və "tikinti səltənəti" barədə yayılan xəbərlərdən sonra Azərbaycanda referendum keçiriləcəyi ilə bağlı məsələ yenidən gündəmə gətirilib. Müzakirələr zamanı 2026-cı ilin payızında referendum olacağı, Nazirlər Kabineti strukturunun ləğv ediləcəyi barədə iddialar səsləndirilib. Mediaxeberleri.Az-ın məlumatına görə bu barədə Pravda.az-a açıqlama verən Milli Məclisin komitə sədri Fazil Mustafa isə deyib ki, referendumla bağlı rəsmi məlumat yoxdur. "Yüzlərlə xəbərlər yer alır. Bu o demək deyil ki, dərhal hansısa nəticə çıxarmaq lazımdır. Belə bir məlumat yoxdur. Rəsmi şəkildə də açıqlama olmayıb" - o bildirib.

Oxunub: 34
Xəbəri paylaş
Paylaş:





















