Azərbaycanda boşanmaların sayı artdı
Azərbaycanda nikahlar azalıb, boşanmalar artıb. Bu barədə Mediaxeberleri.Az -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd edilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin yanvar-avqust aylarında 33836 nikah və 14544 boşanma halları qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,0-dan 5,0-a düşüb, boşanmaların sayı isə 1,5-dən 2,2-yə qədər artıb.
Oxunub: 256
Xəbəri paylaş
Paylaş: