7 Oktyabr hücumunun iştirakçısı məhv edildi
Qəzzada HƏMAS komandirlərindən daha biri öldürülüb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (ÇAXAL) məlumat yayıb. Bildirilib ki, HƏMAS-ın hərbi qanadı – “Qəzza” briqadası komandirinin müavini və “Zaytun” batalyonunun komandiri İmad Həsən Hüseyn Aslim aviazərbə nəticəsində öldürülüb. Onun 2023-cü ildə 7 oktyabr hadisələrinin iştirakçılarından biri olduğu bildirilib. Qeyd edək ki, bir neçə gün bundan əvvəl HAMAS-ın hərbi qanadının lideri Məhəmməd Odeh də İsrailin hava zərbələri nəticəsində öldürülüb.
Oxunub: 40
Xəbəri paylaş
Paylaş:





















