Rusiya Ermənistandan bəzi giləmeyvə və tərəvəzlərin idxalına məhdudiyyət tətbiq edib
30 may 2026-cı il tarixindən etibarən Rusiya Ermənistandan pomidor, xiyar, bibər, göyərti və çiyələk də daxil olmaqla müəyyən giləmeyvə və təzə tərəvəzlərin idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edib.

Mediaxeberleri.Az APA-ya istinadən xəbər verir ki, Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmət (Rosselxoznadzor) tərəfindən əvvəllər bildirildiyi kimi, qərar Ermənistan meyvə-tərəvəz məhsullarının Rusiyaya tədarükündə artan pozuntular fonunda və fitosanitar təhlükəsizliyi təmin etmək üçün qəbul edilib.
Agentlik qeyd edib ki, mövcud vəziyyət, onların qiymətləndirməsində, ölkənin fitosanitar statusuna təhlükə yaradır.
Oxunub: 30
Xəbəri paylaş
Paylaş:





















