Azərbaycanda aktyor ad günündə diplomatla pul səpdi - VİDEO
İdmançı, aktyor Şükran Sultanovun ad günü məclisinin görüntüləri yayılıb. Mediaxeberleri.Az xəbər verir ki, eyni zamanda bloger fəaliyyəti ilə məşğul olan Ş. Sultanovun ad günü məclisi Bakıdakı məşhur “Montana” restoranında keçirilib. Məclisdə aktyorun yaxın dostları, aktyorlar, jurnalistlər iştirak edib. Əyləncəli tədbirdə Ş. Sultanov disko-rəqsin müşayiəti ilə diplomat çantadan pul çıxararaq rəqs edənlərin baş üzərindən səpələyib. Məclis sentyabrın 23-də baş tutub. Bu isə sosial şəbəkə izləyiciləri tərəfindən tənqid olunub. Belə ki, həmin günlər Azərbaycan Qarabağda antiterror əməliyyatı həyata keçirirdi və 200-ə yaxın şəhid vardı. Tənqidlərdən sonra həm Ş. Sultanov, həm də tədbirdə iştirak edən digər şəxslər sosial şəbəkədə paylaşdıqları videoları silməyə məcbur olublar. Həmin videoları təqdim edirik: