Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Televiziyasına müsahibəsində Azərbaycanla problemli məsələrdən biri olan anklav və eksklavlar məsələsinə toxunub. O deyib ki, Azərbaycan 8 kənd məsələsini qaldırır, biz də öz növbəmizdə deyirik ki, bizim 8 kəndlə problemimiz var, çünki bizim həmin Tavuş rayonunda Azərbaycanın işğal etdiyi ərazilərimiz var.
“Anklavlar mövzusunun müzakirəsi sadə səbəbdən qaçılmazdır, çünki 29 800 kvadrat kilometr əraziyə Artsvaşen də (Başkənd – red.) daxildir. Kim anklavlardan danışırsa, masanın üstünə bu anklavların mövcudluğunun nəyə əsaslandığını göstərən xəritə qoysun. Bu, sadə sual deyil”, - o əlavə edib.
Aydındır ki, Anklav və eksklavlar məsələsi Ermənistanla Azərbaycan arasında həllini gözləyən əsas məsələrdəndir. Tərəflər bu məsələdə fərqli fikirlərə malikdirlər.
Rəsmi Bakı Qazax rayonunun Yuxarı Əskipara, Aşağı Əskipara, Barxudarlı, Sofulu, Bağanıs Ayrım, Xeyrimli, Qızıl Hacılı və Sədərək, rayonunun Kərki kəndlərinin sülh prosesi çərçivəsində qaytarılmasını tələb edir.
Azərbaycan bu kəndləri Ermənistanın işğal prosesin bir parçası sayır.
Ermənistan tərəfi isə öz növbəsində yuxarıda qeyd edilən Tavuş rayonunun Ayqehovit(Uzuntala) Vazaşen(Lələkənd) Berkaber(Bibiş) Artsvaşen də (Başkənd) kəndlərini tələb edir.
Bakı və İrəvan arasında anklav eksklav probleminin həlini tapmaması tərəflərin ortaq məxrəcə gələ bilməməsi öz növbəsində başda sərhədlərin delimitasya və demarkasiyası olmaqla digər məsələlərində həllini gecikdirir.
Beynəlxalq təcrübəyə görə, anklav eksklavlar məsələsi iki cür həll edilir:
1. Ölkələrin qarşılıqlı şəkildə anklav və ekslavlardan imtina etməsi;
2. Ölkələrin qarşılıqlı şəkildə anklav və eksklavları mübadilə etməsi.
Prinsip etibarilə həm Ermənistan tərəfi, həm də Azərbaycan tərəfi bir-birinin ərazi bütövlüyünü tanıdığını bilidirib. Yəni iki ölkə arasında əsas prinsipial məsələ həllini tapıb. İndiki məqamda bunun rəsmi sənəd kimi imzalanması lazımdır. Bu həm də tərəflər arasında ilkin sülh sazişi kimi qiymətləndirilə bilər.
Əgər Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıdığını bildirən sənədə qol çəksə sərhədlərin delimitasiya və demarkasiya məsələsi, habelə bunun tərkib hissəsi olan Ankalv və ekslavlar məsələsi də həllini tapa bilər.
Yəni 29 800 kvadrat kilometr ərazinə daxil olan anklav və eksklavlar Ermənistana, 86 600 kvadrat kilometr ərazinə daxil olan anklav və eksklavlar isə Azərbaycana qaytarıla bilər.
Müəllif: Politoloq Turan Rzayev
Oxunub: 214
Xəbəri paylaş
Paylaş: