Qazaxda 18 yaşlı qız dəm qazından boğularaq öldü
Qazax rayonunun Daşsalahlı kəndində gənc qız dəm qazından boğulub. Mediaxeberleri.Az xəbər verir ki, kənd sakini, 18 yaşlı Abgül Quliyeva yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb. Bildirilir ki, gənc qız bir müddət əvvəl nişanlanıbmış. Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxunub: 84
Xəbəri paylaş
Paylaş:





















