Goranboyda DTX-i əməkdaşlarının peşə bayramı qeyd olundu
Goranboyda Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının peşə bayramı qeyd edildiAzərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının peşə bayramı münasibətilə Goranboyda keçirilən tədbirdə, RİH-nin başçısı, DTX rayon şöbəsinin rəisi və əməkdaşları, rayonun hüquq mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərləri və bir qrup ictimai fəallar iştirak etdilər.Tədbir iştirakçıları öncə, Ümumilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər. Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirildi, Ümumilli Liderimizin zəngin dövlətçilik fəaliyyətini əks etdirən videoçarx izlənildi, fotosərgiyə baxış keçirildi.
Oxunub: 38
Xəbəri paylaş
Paylaş:





















