İsrail həlak olan hərbçilərinin sayını yenilədi
İsrail ordusu HƏMAS-ın hücumları nəticəsində həlak olan hərbçilərinin sayını yeniləyib. Bu barədə “Tayms of İsrail” məlumat yayıb. Məlumata görə, oktyabrın 7-dən bəri İsrail ordusunun 170 hərbçisi həlak olub. Qeyd edək ki, 7 oktyabrda HƏMAS və "İslami-Cihad" hərəkatının İsrailə kütləvi hücumu baş verib. Nəticədə yüzlərlə israilli ölüb və yaralanıb, həmçinin girov götürülüb. İsrail ordusu "Dəmir qılınc" əməliyyatına başlayıb.
Oxunub: 209
Xəbəri paylaş
Paylaş: