21 yaşlı gənc faciəvi şəkildə öldü - Foto
Bərdədə yük və minik maşını toqquşub. Mediaxeberleri.Az Teleqraf-a istinadən xəbər verir ki, hadisə ötən gecə rayonun Gərənə kəndi ərazisində baş verib. Rayon sakini olan 2005-ci il təvəllüdlü Yadigar Rəhimov idarə etdiyi VAZ-2106 markalı, 09 BK 349 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən "KamAZ" markalı yük avtomobili ilə toqquşub. Nəticədə Y.Rəhimov hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır
Oxunub: 27
Xəbəri paylaş
Paylaş:





















