Saatlı Rayon İcra Hakimiyyətinə interneti 9 min manata çəkiblər - İcazə verin şübhələnək...
Saatlı Rayon İcra Hakimiyyəti inzibati binanın və tabeliyindəki strukturların fasiləsiz rəqəmsal rabitə ilə təmin olunması məqsədilə növbəti internet xidməti satınalmasını yekunlaşdırıb. 32gun.az xəbər verir ki, rayonun rəsmi idarəetmə orqanının fəaliyyətində operativliyi və elektron sənəd dövriyyəsini təmin etmək üçün elan edilən bu xidmət üzrə ölkənin aparıcı telekommunikasiya operatoru "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti qalib seçilib. İmzalanmış rəsmi müqaviləyə əsasən, xidmətlərin göstərilməsi üçün 8.952 AZN vəsait ayrılıb. Bu məbləğ çərçivəsində İcra Hakimiyyətinin yüksəksürətli genişzolaqlı internet şəbəkəsinə qoşulması, xidmət müddəti ərzində texniki dəstəyin göstərilməsi və məlumat mübadiləsinin təhlükəsizliyinin təmini nəzərdə tutulur. Saatlı rayon icra hakimiyyətinin başçısı Elmir Bağırovdur.





















