13 min mənimsəyən “bank əməkdaşı” saxlanıldı
Bank əməkdaşı olduğunu deyərək 13 min manatı talamaqda şübhəli bilinən şəxs saxlanılıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, özünü bank əməkdaşı kimi təqdim edən şəxs naməlum nömrədən zəng edərək vətəndaşın kartına müdaxilə olunduğunu bildirib. Kart məlumatlarını həmin şəxsə göndərən zərərçəkənin bu yolla 13 min manatı ələ keçirilib. Nəsimi RPİ 21-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı A.Zaliyev müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxunub: 27
Xəbəri paylaş
Paylaş:





















