Tehrana yeni hava zərbələri endirildi: Strateji obyekt məhv edildi
İsrail Ordusu Tehranda İranın teleradio yayımı idarəsinə zərbələr endirildiyini və obyektin məhv edildiyini bildirib. Mediaxeberleri.Az xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (SAXAL) açıqlamasına görə, İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr onlarla bomba ataraq İran rejiminin kommunikasiya mərkəzini sıradan çıxarıb. Qurum iddia edib ki, İranın teleradio idarəsi uzun illər İsrail dövlətinin məhv edilməsinə və nüvə silahından istifadəyə çağırışlar səsləndirib.
Oxunub: 42
Xəbəri paylaş
Paylaş:





















